Riqa Motor Muzeyi (latış. Rīgas motormuzejs) — Riqada mövcud olan, XIX əsrin sonlarından XX əsr sonuna qədər istehsal olunmuş 230-dan çox avtomobil, motosiklet və mopedlər daxil olduğu muzey. Muzeydə idman və hərbi təyinatlı maşınlar, Latviya istehsalı olanlar, lumizinlər və 30-cu illərin avtomobilləri (Vyaçeslav Molotovun və Leonid Brejnevin avtomobilləri)[2] saxlanılır.
Riqa Motor Muzeyi | |
---|---|
Rīgas Motormuzejs | |
Əsası qoyulub | 1989 |
Ölkə | |
Yerləşir |
S. Eyzenşteyn küçəsi, 6, Riqa, Latviya |
Kolleksiyası | 1.755[1] |
Telefon | (+ 371) 7097170 |
İş rejimi |
1 may – 15 oktyabr: hər gün 10.00–17.00 (ç. – 19.00 qədər) 16 oktyabr – 30 aprel: Ç., Ç a., C., Ş., B. 11.00–17.00 ; B.e., Ç.a. – bağlıdır |
56°58′13″ şm. e. 24°13′39″ ş. u.HGYO | |
http://www.motormuzejs.lv | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzey 21 iyul 1972-ci ildə SSRİ-də Latviya Antik Avtomobil Klubunun bir çox aktivistlərin təşəbbüsü ilə təşkil edilir. AAK antik avtomobillər və motosikletlərin bərpası ilə məşğul olan bir ictimai təşkilat kimi qeydə alınır.
Antik Avtomobillər Klubunun arzusu tematik olaraq 1985-ci ildə reallaşır. Latviya Sovet Sosialist Respublikası Nazirlər Sovetinin 4 dekabr 1985-ci il 586 saylı qərarına əsasən texniki yaradıcılıq, sərgi və istirahət mərkəzi təsis edilməsi qərarına gəlinir. 6 iyun 1986-cı ildə latviyalı memar Viktor Valqums tərəfindən hazırlanmış layihə əsasında muzey binası üçün təməl daşı qoyuldu.
Riqa Motor Muzeyinin açılış tarixi 22 aprel 1989-cu ildə baş vermişdir. 1 iyul 1992-ci ildə Riqa Motor Muzeyi Latviya Respublikası Rabitə Nazirliyi nəzdində dövlət statusu alır.
2 iyul 2016-cı ildə Riqa Motor Muzeyinin yenidən qurulduqdan sonra yenidən açılmışdır. Üç il davam edən təmir sonunda müzeyin daxili görünüşü tamamən dəyişmişdir.
Həmçinin burada təqdim olunan müxtəlif motosikletlər (demək olar ki, bütün Zundapp və BMW ailəsi), Riqa mopedləri, velosipedlər, stasionar və qayıq motorları və s. vardır.