Rizvan Hacıyev

Rizvan Qara oğlu Hacıyev (24.03.1973 Azərbaycan SSR, Kürdəmir rayonu, Qocalı kəndi - 02.04.1993 Azərbaycan,Füzuli rayonu, Qacar kəndi) — Qarabağ müharibəsinin itkin şəhidi .

Rizvan Hacıyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Azərbaycan SSR, Kürdəmir rayonu, Qocalı kəndi
Vəfat tarixi (20 yaşında)
Vəfat yeri Azərbaycan,Füzuli rayonu, Qacar kəndi
Vəfat səbəbi Şəhid olmuşdur
Vətəndaşlığı Azərbaycan Azərbaycan, SSRİ
Atası Hacıyev Qara Sədirxan oğlu
Anası Hacıyeva Sədayə Əziz qızı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 1992-1993
Rütbə Serjant
Vəzifəsi Topçu
Döyüşlər Birinci Qarabağ müharibəsi

Həyatı[redaktə | mənbəni redaktə et]

Rizvan Hacıyev 24 mart 1973-cü ildə Kürdəmir rayonunun Qocalı kəndində anadan olub. 8 nəfərdən ibarət ailədə yaşayıb. Müəllim atası, anası və 5 qardaşı. Rizvan 1991-ci ildə oxuduğu kənd məktəbindən məzun olaraq hərbi xidmətə yola düşüb. Hərbi xidmətini Ukraynanın Dnipro (Дніпропетровськ) şəhərində başa vurdudan sonra Azərbaycana qayıdır. Qısa zaman sonra Füzuli rayonunda gedən döyüşlərə qatılır. Füzuli rayonu, Qacar kəndinin müdafiəsi zaman 02 aprel 1993-cü ildə şəhid olur.
Hələ də nəşi tapılmayıb.
Subay idi.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Rizvan Hacıyev 27 may 1991-ci ildə Ukraynanın Dnipro (Дніпропетровськ) şəhərində hərbi xidmətini serjant rütbəsini alaraq başa vurur. 1992-ci ilin may ayında Azərbaycanın ərazi bütövlüyündə uğrunda gedən döyüşlərə qatılaraq, topçular alayında xidmət edir. "Məngələnata" məntəqəsinin ilk döyüş mövqeyinin yaradılmasında xüsusi xidmət göstərir.
1993-cü ilin 2 aprel tarxixində Füzuli rayonunun mərkəzindən 10 km məsafədə yerləşən Qacar kəndinin müadafiəsi zamamanı Rizvan Hacıyev qəhrəmancasına şəhid olur. Döyüşdən sonra onun nəşini götürməyə cəhd olunsa da bu alınmır.


Mənbə[redaktə | mənbəni redaktə et]

Ə.Azayev "Kürdəmir Şəhidləri" Kitabı, Bakı - "Çik-Çik" qəzetinə əlavə - 1995, ISBN 55-7094-0052-1