Roasso Kumamoto FK

Roasso Kumamoto FK (ロアッソ熊本, Roasso Kumamoto?) — Kumamoto prefekturasının paytaxtı olan Kumamoto şəhərini təmsil edən Yaponiya futbol klubudur. Roasso Kumamoto klubu hal-hazırda Cey 2 Liqasında mübarizə aparır. İlk dəfə klub Cey 2 Liqasında 2007-ci il mövsümündə mübarizə aparmışdır. İlk mövsümlərini 2008-ci ildə keçirtmiş və həmin mövsümdə liqada 12-ci yeri tutmuşdular. Klubun əsas rəngi qırmızıdır.

Roasso Kumamoto FK
logo
Klubun tam adı Roasso Kumamoto
Ölkə Yaponiya Yaponiya
Ləqəb(lər) Roasso
Yaranma tarixi 2004
Stadionu Umakana Yokana stadionu, Yaponiya
Tutumu 32000
Prezidenti Yaponiya Tomoyoşi İkeya
Baş məşqçisi Yaponiya Hiroyuki Kiyokava
Liqa 2 Liqasi
2022 4., (2 Liqasi)
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Roasso Kumamoto FK klubu 1969-cu ildə Nippon Teleqraf və Telefon Korporasiyası (NTT) Kumamoto Futbol Klubu tərəfindən təsis olunmuşdur. Klub 1983-cü ildə Kyuşu Regional Liqasında 1983-cü ildə mübarizə aparmağa başlamışdır.

NTT 1985-ci ildə özəlləşdirildi. Klub həmin ildə NTT Kyuşu Futbol Klubu kimi adlandırılmağa başladı. NTT 1999-cu ildə NTT Qərb və NTT Şərq olaraq iki yerə bölündükdən sonra klub adını NTT Qərb Kumamoto Futbol Klubu kimi dəyişdirdi.

Klub 2001-ci ildə YFL Liqasına geri döndü. Həmin mövsümdə klub 8-ci yeri tutdu. 2002-ci ildə NTT şirkəti klubu maliyyələşdirməkdən imtina etdi. Klub ictimaiyyət-yönümlü Alouette Kumamotonun mülkiyyətinə keçdi. Alouette Fransız sözü olub torağay mənasını verir. Torağay quşu Kumamoto prefekturasının simvolu hesab olunur. Klub növbəti mövsümdə Kyuşu Liqasında mübarizə aparmağa başladı və liqanı mövsümün sonunda 17-ci pillədə başa vurdu.

2005-ci ildə klubun adı Rosso Kumamoto olaraq adlandırıldı. Rosso İtalyan sözü olub qırmızı mənasına gəlir. Kyuşu Liqasında çempion olduqdan sonra klub Regional Liqanın pley-off turnirində çıxış etdi. Həmin turniri 3-cü yerdə başa vurdu və YFL Liqasına vəsiqə qazandı.

Komanda bu yaxınlarda pro liqaların təmsilçiləri arasından seçilərək Cey Liqasında çıxış etmək şansı əldə etmişdir. Rosso klubu 2007-ci ildə YFL Liqasında ikinci yeri tutdu. Bu yüksək nəticə sayəsində klub 2008-ci ildə Cey Liqasına vəsiqə qazandı.

Adının dəyişməsi

[redaktə | mənbəni redaktə et]

Rosso klubu 1 yanvar 2008-ci ildə klubun adını Roasso Kumamoto olaraq dəyişdirmişdir. Həmin ildə klub Cey Liqasına yenidən vəsiqə qazanmışdır. Roasso portmantu olub rosso qırmızı, asso isə İtalyan dilində tuz deməkdir. Klub klubun yaranmasında əməyi olan və ticarət markası kimi böyük şöhrət qazanmış Rosso şirkətinin adını daşıyırdı. Klubun simvolları Ferrarinin simvolları olan kişnəyən at və onun üzərindəki rənglərdir.

Regional Liqada uğurları

[redaktə | mənbəni redaktə et]

Rekordlar Rosso Kumamoto adı ilə dəyişdirildikdən sonra olmuşdur.

Mövsüm Div. Kom. Möv. Tamaşaçı Liqa Kuboku İmperator Kuboku
2005 KYU 10 1 - - 1-ci mərhələ
2006 YFL 18 5 - - 3-cü mərhələ
2007 YFL 18 2 - - 1-ci mərhələ
Açar söz
  • Kom. = Komandaların sayı
  • Möv. = Liqadakı mövqeyi
  • Tamaşaçı = Ortalama tamaşaçı sayı
  • KYU = Kyuşu Liqası (Yerli Liqa)

Cey Liqasında yaddaqalan rekordları

[redaktə | mənbəni redaktə et]
Mövsüm Div. Kom. Möv. Tamaşaçı Cey-liqa Kuboku İmperator Liqası
2008 C2 15 12 5,279 - 3-cü mərhələ
2009 C2 18 14 6,006 - 2-ci mərhələ
2010 C2 19 7 6,907 - 3-cü mərhələ
2011 C2 20 11 6,928 - 2-ci mərhələ
2012 C2 22 14 5,855 - 4-cü mərhələ
2013 C2 22 19 6,228 - 3-cü mərhələ
2014 J2 22 13 7,002 - 2-ci mərhələ
2015 C2 22 13 7,037 - 3-cü mərhələ
2016 C2 -
Açar söz
  • Kom. = Komandaların sayı
  • Möv. = Liqadakı mövqeyi
  • Tamaşaçı = Ortalama tamaşaçı sayı

Hal-hazırkı heyəti

[redaktə | mənbəni redaktə et]

22 yanvar 2016-cı il məlumatlarına əsasən.[1]

Nömrə Ölkə Mövqeyi Futbolçu
1 Yaponiya GK Minoru Hata
2 Yaponiya MF Kohey Kuroki
3 Yaponiya DF Şoto Suzuki
4 Yaponiya DF Takuya Sonoda
5 Yaponiya DF Ryuciro Ueda
6 Yaponiya MF Takumi Murakami
7 Yaponiya DF Şosuke Katayama
8 Yaponiya MF İssey Takayanaqi
9 Braziliya FW Anderson
10 Yaponiya MF Koki Kiyotake (kirayə Saqan Tosudan)
11 Yaponiya FW Ryuiçi Hiraşiqe
13 Yaponiya MF Dayki Sakamoto
16 Yaponiya MF Masanobu Komaki
17 Yaponiya MF Yasuaki Okamoto
Nömrə Ölkə Mövqeyi Futbolçu
18 Yaponiya GK Tatsunari Naqay
19 Yaponiya DF Tayşin Morikava
20 Yaponiya MF Hayate Haçikubo
21 Yaponiya GK Dayki Kaney
22 Yaponiya MF Takuro Uehara
23 Yaponiya DF Yohey Kurakava
27 Yaponiya MF Yuto Nakayama
29 Yaponiya FW Keyta Sayto
30 Yaponiya GK Akihiro Sato
31 Yaponiya GK Yutaro Hara
33 Yaponiya DF Cun Sonoda
36 Yaponiya FW Seiyçiro Maki
38 Yaponiya MF Şuhey Kamimura
39 Yaponiya MF Şintaro Şimada
Nömrə Ölkə Mövqeyi Futbolçu
Yaponiya FW Tatsuya Tanaka (Gifu FK-a)
  1. "Arxivlənmiş surət". 2019-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-11.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]