Rob Qonsalves (ing. Rob Gonsalves; d. 1959, Toronto, Kanada) — Kanadalı rəssam.[2]
Rob Qonsalves | |
---|---|
ing. Rob Gonsalves | |
Doğum tarixi | |
Doğum yeri | Kanada, Toronto |
Vəfat tarixi | 14 iyun 2017[1] (57 yaşında) |
Vətəndaşlığı | Kanada |
Fəaliyyəti | rəssam, illüstrasiyaçı[d] |
Janr | Sürrealizm |
Stillər | sürrealizm, magik realizm |
Rob Qonsalves 1959-cu ildə Kanadanın Toronto şəhərində qaraçı ailəsində anadan olmuşdur.[2]
Ən böyük arzusu memar olmaq olsa da, uaqlıqdan rəsmə marağı var idi. Salvador Dalinin yaradıcılığı ilə tanış olduqdan sonra isə onun sürrealizmə olan diqqəti daha artır.[2]
Rob Qonsalves 70-dən çox əl işinin müəllifidir.[2] Onun əsərlərinə dünyanın bir çox aparıcı insanları, hətta senatın özü də biganə qalmamışdır.[2]
İlk mühüm sərgisi 1990-cı ilə Torontoda təşkil olunmuşdur.[2] Müxtəlif zamanlarda Nyu-York və Los-Ancelesdə "Art expo", Las-Veqasda "Dekor" adlı rəsm sərgiləri təşkil olunmuşdur.[2] Bundan əlavə, "Discovery", "Hudson River" və "Laleydeskop" adlı rəsmləri məşhur rəsm qalereyalarında nümayiş etdirilir.[2]
2003-cü ildə "Simon & Schuster" nəşriyyatı tərəfindən onun əsərlərindən ibarət kitab nəşr etdirilmişdir.[2] 2005-ci ildə çapdan çıxan 2-ci belə kitab "Təsəvvürdə bir gün" adlanır.[2] Rəssamın əl işlərinin toplandığı 3-cü kitab "Bu yeri düşünün" adı ilə nəşr olunmuşdur.[2]
Rob Qonsalves həmçinin bir çox teatrların dekorasiyasının müəllifi kimi də tanınır.[2]
Rəsmlərində mümkünsüz təsəvvürləri belə mümkün edəcəyini deyən rəssam belə deyir:
"Sərhədsiz fantaziya hər şeyə qadirdir".[2]
"İncəsənəti sizə elə təqdim edəcəm ki, buludlar, səma və dəniz gözünüzün önündə fərqli formalarda canlanacaq. Sadəcə, bir qədər diqqətli olsanız, mənim sizə demək istədiyimi anlayacaqsınız".[2]