Rober de Lamanon (fr. Jean Honoré Robert de Paul de Lamanon; 6 dekabr 1752, Salon-de-Provans — 11 dekabr 1787, Tutila, Samoa (arxipelaq)) — fransız fizik, botanik və meteoroloq. O, bir neçə elmi ekspedisiyada iştirak etmiş və sonuncu ekspedisiyada vəfat etmişdir (Laperuz ekspedisiyası).[3]
Rober de Lamanon | |
---|---|
fr. Jean Honoré Robert de Paul de Lamanon | |
Doğum tarixi | 6 dekabr 1752[1][2] |
Doğum yeri | Salon-de-Provans |
Vəfat tarixi | 11 dekabr 1787[1][2] (35 yaşında) |
Vəfat yeri | Tutila, Samoa (arxipelaq) |
Vikianbarda əlaqəli mediafayllar |
Onun ailəsi Lamanonun nəcib ailələrindən (1572-ci ildən etibarən) idi. Atası Jan Fransua de Pol de Lamanon, anası Anna de Baldonidir (Eks-an-Provansda anadan olub). İki bacısı və Ogüst Pol de Lamanon (1748–1820) adında özündən böyük bir qardaşı olub. Ogüst atası tərəfindən Fransa Hərbi Dəniz Qüvvələrinə təyin olunub və əvvəlcə Tulonda qardemarin, daha sonra isə zabit kimi fəaliyyət göstərib.
Roberin qardaşı Ogüst atasının ölümündən sonra ordunu tərk edərək elmi fəaliyyətlə məşğul olmağa başlamışdır. Rober dini fəaliyyətini başa vurmuş və qardaşı ilə birlikdə bitki, sənədlər, əlyazmalar və sənətkarlıq nümunələrini toplamaq üçün Avropaya və Fransa vilayətlərinə səyahət etmişdirlər. Parisdə elmi biliklərini təkmilləşdirdikdən sonra dövrün ən məşhur alimləri ilə tanış olmuşdurlar: Laplas, Jüsse, Dalamber, Monj qardaşları, Volney, Malzerb və Fransa Elmlər Akademiyasının katibi Kondorse.
Paris ətrafında aşkar edilmiş Roberin hesabatı (Fizikaya dair müşahidələr) fiziki coğrafiyanın tarixi coğrafiyaya çevrilməsinə töhfə vermişdir. Hələ Nikolas Demare (1725-1815) üç il bundan əvvəl[3] - 1774-cü ildə prizmatik bazaltı qədim lava axınları kimi təqdim eləyən essesini dərc etdirərkən Roberin təcrübəsi hələ elmdə yenilik idi.
Parisdən İngiltərəyə olan səfərinin "enerjili və olduqca maraqlı" olduğunu bildirən Rober, şiddətli bir fırtına zamanı gəmi səfərinə kapitanlıq etməyi öz üzərinə götürmüşdü.[4][5]
1883-cü ildə Samoada Tutuila adasının şimal-qərb sahilindəki Qırğın Körfəzində Aasu qəsəbəsində Laperuz ekspedisiyasında həlak olmuş şəxslərin xatirəsinə xatirə kompleksi tikilmişdir. Üzərində xaçın da olduğu abidədə "Morts pour la Science et la Patrie" ("Elm və Vətən üçün ölənlər") sözləri və samoalılar ilə qarşıdurmada öldürülən on bir fransız dənizçinin adı həkk olunub, hansı ki onlardan biri də Rober de Lamanondur.[6]