Markiz Pyer Simon de Laplas (23 mart 1749[1][2][…] – 5 mart 1827[1][2][…], Paris, Burbon restavrasiyası[4]) — fransız materialisti, astronomu, riyaziyyatçısı və fiziki[6].
Pyer Simon Laplas | |
---|---|
fr. Pierre Simon Laplace | |
Doğum tarixi | 23 mart 1749[1][2][…] |
Vəfat tarixi | 5 mart 1827[1][2][…] (77 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Uşağı | 2 |
Elm sahələri | Səma mexanikası, ehtimal nəzəriyyəsi, riyazi analiz, riyaziyyat, mexanika, astronomiya |
Elmi rəhbəri | Jan Leron Dalamber[5] |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Markiz Pyer Simon de Laplas Paris və Fransa Elmlər Akademiyasının üzvü olmuşdur. 1766-cı ildə Jan Dalamberin təklifi ilə ona Paris hərbi məktəbinin professoru adı verilmişdir. Laplasın elmi irsi kainat mexanikasına, riyaziyyata və riyazi fizika sahələrinə aiddir. O, mexanikanın, diferensial tənliklər nəzəriyyəsinin, xəta nəzəriyyəsinin və ehtimal nəzəriyyəsinin əsasını qoyanlardan biridir. Riyazi fizikada Laplasın sadə elliptik tənliyi geniş mövqe tutmuşdur. Laplas Fransada ali təhsil sisteminin təkmilləşdirilməsində önəmli rol oynamışdır.