Robert Kapa

Robert Kapa (ing. Robert Capa, əsl adı Endre Erne Fridman, 22 oktyabr 1913, Budapeşt25 may, 1954, Vyetnam) — Macarıstanlı fotoreportyor, fotojurnalist, müharibə fotoqrafı, Kornell Kapanın böyük qardaşıdır. Beş müxtəlif müharibələrdə: İspaniya vətəndaş müharibəsi, İkinci Çin-Yapon müharibəsi, İkinci Dünya Müharibəsi, 1948-ci il Ərəb-İsrail müharibəsində və birinci Vyetnam müharibəsində fotoçəkilişlər aparıb.

Robert Kapa
Endre Erne Fridman
Doğum tarixi
Doğum yeri Budapeşt,
Vəfat tarixi (40 yaşında)
Vətəndaşlığı
Mükafatları Croix de guerre des théâtres d'opérations extérieures Medal of Freedom
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Əsgərin ölümü. 1936-cı il. Müəllifin ən məşhur fotoşəkli.

Robert Kapa 1913-cü ildə Dezso və Yuliya Fridman ailəsində, Macarıstanın Budapeşt şəhərində anadan olub. Macarıstandakı rejimlə əlaqədar öz gələcəyini görmədiyindən 18 yaşında, 1931-ci ildə Berlinə köçür. Orada siyasi elmlərdən mühazirələrdə iştirak edir, jurnalistika ilə məşğul olmağa başlayır. İlk olaraq Kapa yazıçı olmaq istəyirdi. Berlində tapdığı iş fotoqrafiya ilə əlaqədar olduğundan incəsənətə marağı artır. 1932-ci ildə Kopenhagendə Lev Troskiyin seriya portretlərini çəkir. Nasizmin daha da artmasina görə Kapa 1933-cü ildə Almaniyadan Fransaya köçür. Parisdə Anri Kartye Bressonla tanış olur. 1935-ci ildən Robert Kapa ləqəbindən istifadə edib. İspaniyadakı vətəndaş müharibəsində respublikaçı əskərin güllə dəyən anda ölümünü çəkdiyi işi bu gün də onun ən məşhur işlərindəndir. Madrid yaxınlığında rəfiqəsi, alman fotojurnalisti Qerda Taro vəfat edir. Qerda Taronun həyatına təsadüfən manevr edən tank son qoyur. 1938-ci ildə Çin-Yapon müharibəsi dövründə fotomüxbir işləyib. 1940-cı ildə ABŞ-yə köçüb. Şimali Afrikada və İtaliyada işləyib. Müttəfiq qoşunlarının Normandiyə hüçumunu çəkib. 1947-ci ildə Anri Kartye-Bresson və digərləri ilə "Magnum" fotoagentliyini yaradıb. 1951-ci ildə agentliyə rəhbərlik edir amma, 1953-cü ildə makkartizmdən ehtiyatlanaraq Avropaya köçmək məcburiyyətində qalır. 1948-ci il və 1950-ci illərdə İsraildə işləyib. Vyetnamda, 1954-cü ildə Çinhindi müharibəsinin sonlarında minaya düşərək həlak olub. Steynbekin "Rus Gündəliyi" adlı kitabının tərtibatında yaxından iştirak edib.

  • Whelan R. Robert Capa: a biography. New York: Knopf, 1985
  • Lacouture J. Robert Capa. Paris: Centre National de la Photographie, 1988
  • Kershaw A. Blood and champagne: the life and times of Robert Capa. New York: Thomas Dunne Books/St. Martin’s Press, 2003
  • Bustelo G. Robert Capa: obra fotográfica. London; New York: Phaidon, 2005
  1. 1 2 Museum of Modern Art online collection (ing.).