Robert Marfeld — rusiyalı memar, İmperator Sənət Akademiyasının akademiki,[1] həqiqi dövlət müşaviri. Tikinti iqtisadiyyatı, qanunvericilik və kilsə tikintisi üzrə mütəxəssis.[2]
Robert Marfeld | |
---|---|
Robert Ferdinand Eduard Marfeld | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 oktyabr 1852 |
Doğum yeri |
|
Vəfat tarixi | 1921 |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Təhsili |
|
İşləri və nailiyyətləri | |
İşlədiyi şəhərlər | Bakı, İrkutsk, Kalyazin, Sankt-Peterburq, Poti, Tomsk |
Əsas tikililəri | Aleksandr Nevski kafedralı |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Robert Marfeld 1852-ci ildə alman əsilli dənizçi həkimin ailəsində anadan olub. Kronştadt gimnaziyasını bitirdikdən sonra 1871-1873-cü illərdə Sankt Peterburq Universitetinin hüquq fakultəsinə təhsil alıb. Sonradan təhsilini Karlsruedə yerləşən Politexnikumda və Vyanada yerləşən Tikinti Akademiyasında davam etdirib.[3] Avropada təhsil aldıqdan sonra Peterburqa geri qayıdıb 1880-ci ildə İmperator Rəssamlıq Akademiyasının memarlıq kurslarına daxil olur. 1883-cü ildə buranı vaxtından əvvəl fərqlənmə ilə bitirib. İlk dəfə çertyojçəkən kimi fəaliyyət göstərməyə başlayan o, 1884-cü ildə Peterburqun məşhur "Krestı" həbsxanasının tikintisində memar köməkçisi kimi fəaliyyət göstərir. 1894-cü ildən Rəssamlıq Akademiyasının nəzdnində olan Yüksək Rəssamlıq Məktəbində, 1900-cü illərdən isə Mülki Mühəndislər İnstitutunda dərs deməyə başlayıb. 1883-cü ildən Rusiya Daxili İşlər Nazirliyinin Texniki-tikinti komitəsinin əməkdaşı,[4] 1901-ci ildən üzvü olub. 1898-ci ildə yaradılmış Evsiz Uşaqlara Qayğı Dərnəyinin üzvü, 1905-ci ildən isə həqiqi dövlət müşaviri olub. "Memarlıq perspektivlərinin yaradılması" kitabının müəllifidir. 1913-cü ildə xaricdə müalicə olunmaq üçün uzun müddətli tətilə buraxılır. 1917-ci ildən sonra vəziyyəti ağırlaşır və maddi ehtiyacları yaranır. 1921-ci ildə Petroqradda dünyasını dəyişib.