Robert Morrison Mak-Ayver (Maclver) (17 aprel 1882[1], Stornavey – 15 iyun 1970[1], Nyu-York, Nyu-York ştatı[2]) — sosioloq, politoloq, filosof və akademik elmin təşkilatçısı.
Robert Morrison Mak-Ayver | |
---|---|
Doğum tarixi | 17 aprel 1882[1] |
Doğum yeri | |
Vəfat tarixi | 15 iyun 1970[1] (88 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
Robert Morrison Mac-Ayver 17-Aprel 1882-ci ildə Şotlandiyanın Levis adalarında tacir və manufakturaçı Donald Mak-Ayver və Kristina Mak-Ayverin ailəsində dünyaya gəlmişdir. Atası kalvinist[3], xüsusilə Presbiteryan[4] idi. Robert Morrison 1911-ci il 14 avqust tarixində Elizabet Marion Peterkinl evlənmişdi. Üç uşaq sahibi idi: İan Tennant Morrison, Kristina Elizabet və Donald Gordon.
O, demokratik institutların və proseslərin fundamental mənəvi, sosioloji və fəlsəfi prinsiplərinin işlənib hazırlanmasına əhəmiyyətli töhfələr vermişdir. O, mühüm nəzəri problemlərin hazırlanması ilə məşğul olmaqla yanaşı, eyni zamanda öz təhlilini konkret sosial problemlərin həll edilməsi imkanları ilə əlaqələndirirdi. Mak-Ayver əsasən əmək fəaliyyətində qarşılıqlı münasibətlərin, iqtisadi dəyişikliklərin, beynəlmiləlçilik və sülhün, qruplararası münaqişələrin, dinin, akademik azadlığın, sosial işin, həddi-buluğa çatmamışların qanun pozuntularının, təbii resursların səmərəli istifadəsi problemlərinin həllində sosioloji metodologiyanın tətbiq edilməsinə səy göstərirdi.[5]
Edinburq Universitetində, Oksford Univeristetində və Kolmubiya Universitetində təhsil almış və sosiologiya və fəlsəfə üzrə dərəcələr almışdır. Onun bu sahədəki uğurları təhsili ilə yanaşı xüsusi istedadı ilə də əlaqədardır. Oksfordda oxuyarkən Böyük Britaniya muzeyində işləməyə başlamış, Emil Dürkheym, Simmel və Levi – Brül kimi sosioloqların əsərləri ilə tanış olmuşdur.[6]
Birinci dünya müharibəsi dövründə o, Kanada hərbi əmək idarəsinin sədr müavini olmuş, İkinci dünya müharibəsindən sonra “Nyu-York şəhərində həddi-buluğa çatmamışların qanun pozuntuları ” (1956-1961-ci illər) layihəsinə başçılıq etmiş, o cümlədən sosial elmlər üzrə Tədqiqat Şurasının, Rasell müdriklər fondunun və işçi qüvvəsi üzrə Milli Şuranın rəhbərlərindən biri olmuşdur.
Amerika siyasi elmində onun dövlətin humanist, insani məqsədlərin reallaşmasında agentlik olması haqqında konsepsiyası çox mötəbər hesab olunur.Bununla yanaşı o, dövlətin sosial quruluşun xarici şərtlərini tənzimləmək üçün icma tərəfindən yaradılmış assosiasiya kimi müəyyən edirdi. Dövlət başlıca vəzifəsi nizam, qayda yaratmaq və şəxsiyyətə hörmət etməkdir, lakin eyni zamanda o, cəmiyyətin yetişdirməsidir və onunla dəyərlər sistemi vasitəsi ilə əlaqəlidir ki, bunlardan ötrü və bunların vasitəçiliyilə insanlar yaşayır.
1961-ci-ildə Kurt Levinin xatirəsinə həsr etdiyi nitqində Mak-Ayver qeyd etmişdir: “Elmi tədqiqatın hər sahəsində biz tez-tez ehtimallığın dərəcələrinə , təxminlərə , yaxud dolayı yanaşmalara bel bağlamalı oluruq və belə üsullar mühüm əhəmiyyətə malik nəticələrə gətirib çıxara bilər.Müyyənliklə bilməməzlik arasında çoxlu dərəcələr mövcuddur və demək olar ki, insanlar və insan fəaliyyələti barədə bütün bildiklərimiz bu çərçivə daxilində yerləşir”.[7]
“Elmin paradoksluğu” haqqında danışarkən o, yazırdı: “Bizim dəyişməz həqiqətlər kimi tanıdığımız yeganə şeylər o şeylərdir ki, biz onları anlamırıq , eyni zamanda elə vahid şeylərdir ki, biz onların dəyişkən olduğunu başa düşürük və onlar heç vaxt bütünlüklə məlum olmurlar”.
Mak – Ayverin sosialogiya elminə töhfələri:
Onun sosial maraqları təsnif etməsi , xüsusilə oxşar və ümumi maraqlar arasındakı fərq göstərməsi sosial əlaqələrin mahiyyətinin təhlilində, həmçinin qrup təşkilatının əsası kimi fərdlərarasi münasibətlərin təbiətinin aydınlaşdırılmasında çox məhsuldar tətbiqini tapdı. Sosial təşkilatın matrisası kimi icma ilə bu matrisanın çərçivəsində böyüyüyən və inkişaf edən spesifik təşkilat kimi birlik arasındakı fərq Mak-Ayverin siyasi doktrinalarının (nəzəriyyələrinin) əsas elementini təşkil edir. Sosiologiyada isə bu fərqləndirmə sosial həmrəylik problemlərinin daha ətraflı təhlili üçün və plüralist cəmiyyətin mahiyyətinin , yəni ayrı –ayrı qrupların məcmusundan təşkil olunmuş cəmiyyətin daha dərindən başa düşülməsi üçün metodoloji əsas kimi çox əhəmiyyətli oldu. [10]
Sosiologiyada təkamülçü yanaşmanın antropoloqlar, məsələn, Qoldenveyzer tərəfindən kəskin tənqid olunduğu bir şəraitdə o, sosial təkamül nəzəriyyəsini işləyib hazırlayırdı.Bununla belə onun sosisal təkamül nəzəriyyəsi sonrakı məhsuldar axtarışlar üçün təkan verdi. O, bütün həytı komunal xarakter daşıyan funksional təbəqələşməmiş ibtidai cəmiyyət tipindən başlamış fərdin münasibətlərin əsasının daha az kommunal və birlik xüsusiyyətinə malik və şəxsiyyətin daha çox inkişaf etdiyi, sərbəst olduğu, daha artıq tərəqqi etmiş, müxtəlif funksionallığı malik , institusional və assosiativ növlərini öyrənirdi.[11]
O, həmçinin vasitələr dünyasını-sivilizasiyanı və məqsədlər dünyası olan mədəniyyəti də fərqləndirirdi.Sosial elmlər sivilizasiyası və mədəniyyətin çoxlu sayda şərhlərlə əlaqədar olaraq bu terminlərin özləri bir o qədər də yaxşı seçilməmişdir.Lakin Mak-Ayverin sosial məqsədləri və sosial vasitələri düzgün ayırd etməsi bir çox sosial dəyişikliklər proseslərinin sosioloji öyrənilməsinə və mühüm sosial institutların funksiyalarının daha yaxşı dərk olunmasına təkan verdi