Robert Parker evi

Robert Parker eviAmerika Birləşmiş Ştatlarının İllinoys ştatında, Çikaqo ətrafındakı bir evdir. Ev 1892-ci ildə Amerikalı memar Frank Lloyd Rayt tərəfindən tərtib edilmişdir və Raytın erkən işlərinin bir nümunəsidir. Daşınmaz əmlak agenti Tomas H. Geyl onu inşa etdi və həmin il Robert P. Parkerə satdı. Evi Rayt tərəfindən müstəqil olaraq tərtib edilmişdir. Parker evi ABŞ-nin federal olaraq qeydə alınan tarixi rayonuna töhfə verən bir əmlak olaraq siyahıya alınmışdır.

Robert Parker evi
Robert P. Parker House
Xəritə
41°53′38″ şm. e. 87°48′04″ q. u.
Ölkə
Yerləşir illinoys ştatı, ABŞ
Memar Frank Lloyd Rayt
Tikilmə tarixi 1892
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Robert Parker evi

Robert P. Parkerin evi, Amerika memarı Frank Lloyd Rayt tərəfindən "Butleq evləri" kimi tanınan Çikaqo prospektindəki Oak Parkdakı üç evdən biridir. Memar Luis Sullivan Rayta öz evinin və studiyasının tikintisi zamanı borc pul vermişdir. Parker evi xüsusilə Tomas H. Geyl evinə bənzəyir. Evlər 1892-ci ildə Raytın qonşusu Valter Qeyl üçün spekulyativ bir şəkildə qurulmuşdur. Sullivan digər layihələr haqqında biləndə 1892-ci ilin sonu və 1893-cü ilin əvvəllərində Raytı işdən azad etmişdir. Evlər 1892-ci ildə Parker evini vəkil Robert Parkerə satan daşınmaz əmlak agenti Tomas Geyl tərəfindən inşa edilmişdir. Üç ev demək olarki eyni planda inşa edilmişdir. Bunlara yuxarıda göstərilən Valter Qeyl evi və Tomas H. Geyl evi, Oak Parkda yerləşən Frensis Volley evi və Robert G. Emmond evi daxildir[2].

Parker evi, Tomas Geyl evi və müəyyən dərəcədə Valter Qeyl evi üçün tərtib edilən dizayn LaQrencdəki daha bahalı ev olan "Emmond evi"nin növlərindəndir. Evlərin hamısında çoxbucaqlı pəncərələrdən ibarət dam örtüyü var. Parker evi Raytın ilk müəllimi Jozef Silsbinin üslubunu əks etdirir. Ümumiyyətlə memarlıq "Kraliça Anne üslubu"nda səslənsə də, Parker evi hazırda qurulan adi kraliça Anne evlərindən daha geniş dairəvi formalara malikdir. Evin turnik çarxların yarısından çoxu pəncərələrdən ibarət divarlara malikdir. Şöminə iki otağı, salonu və yemək otağını istiləşdirməyə imkan verən evin mərkəzində quraşdırılmışdır. Parker evinin yan yüksəklikləri simmetrikdir, lakin bitişik binalar dizaynın aydın görünməsi üçün çox yaxın məsafədən qurulmuşdur.

Kiçik ölçüdə olsa da və ucuz detallarla bəzədilsə də, Frank Lloyd Raytın memar kimi inkişaf etməsi haqqında fikirlərin formalaşmasında Parker evi və Qeyl evi əhəmiyyətlidir[3]. Robert Parker evi Frank Lloyd Raytın "Preriy Memarlıq Tarixi Rayonuna" töhfə verən bir əmlak olaraq siyahıya alınmışdır. Tarixi rayon 4 dekabr 1973-cü ildə ABŞ Tarixi Yerlər Milli Reyestrinə əlavə edilmişdir[4].

  1. 1 2 archINFORM (alm.). 1994.
  2. Heinz, Thomas A. The Vision of Frank Lloyd Wright. Chartwell Books. 2006. səh. 55-56. ISBN 0785821457.
  3. "Robert P. Parker House (1892) 1019 Chicago Avenue" (İngilis). www.oprf.com. 2019-04-03 tarixində arxivləşdirilib.
  4. "National Register of Historic Places" (İngilis). npgallery.nps.gov. 22 February 2020 tarixində arxivləşdirilib.