Robert Qaydik

Robert "Slavko" Qaydik (çex. Robert "Slavko" Gajdík, mak. Роберт "Славко" Гајдик; 1923, Zlin14 yanvar 1942) ― çexoslovak mənşəli yuqoslav Makedoniya partizanı, Yuqoslaviya Xalq Qurtuluş Müharibəsinin partizanı.[1]

Robert Qaydik
Doğum tarixi 1923
Doğum yeri
Vəfat tarixi 14 yanvar 1942(1942-01-14)
Vətəndaşlığı  Çexoslovakiya
Milliyyəti makedon
Fəaliyyəti partizan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Robert Qaydik Zlin şəhərində anadan olmuşdur. Onun atası Yuqoslaviya Krallığının cənubunda yerləşən Matka Kanyonunda su elektrik stansiyası inşa edən Çexoslovakiya şirkətində işləyirdi.[2] Zlíndə "Bata" ayaqqabı fabrikində işləyirdi, almanlar Çexoslovakiyanı işğal etdikdən sonra Yuqoslaviyaya köçdü.[3] Velosipedlə çoxlu səyahət etmişdir.[4] Məktəbdə oxuduğu müddətdə Robert sol hərəkatının nümayəndələri ilə tanış oldu; o, inşaat texnikumunu bitirmiş və 1939-cu ildən Yuqoslaviya Kommunist Gənclər Birliyinin üzvü olmuşdur.

Robert Qaydikin şərəfinə stella

1941-ci ilin birinci yarısında Yuqoslaviya Kommunist Partiyasının Skopye şəhər Komitəsinin əmri ilə Robert "Raduşa" mədənində baş anbardar kimi işə düzəldi, həmçinin bir qrup gənclərlə antifaşist təşviqatına qatıldı. Ölkəsinin işğal atlında düşəndən sonra gizli partizan fəaliyyətinə başladı; 1 mayda isə Skopye mərkəzində "divizion binası" adlanan tikilinin üzərində qırmızı bayraq qaldırdı, iyun ayının əvvəlində isə Skopye aerodromunda yanğın çıxartdı və nəticədə "Junkers Ju 52" nəqliyyat təyyarəsi partladı və yandı. Robert Dana Krapçev, Vasil Antevski, Boro Petruşevski, Nevena Qeorgievna, Rado Yovçevski və başqaları ilə birlikdə 22 avqust 1941-ci ildən 1-ci Skopye partizan dəstəsində xidmət etmişdir. Sentyabr ayında Kumanovo şəhərinə yollandı və orada partlayıcılarla rəftar etmə işləri üzrə yerli partizanlara təlimatlar verirdi. O, orada 12-15 gün arasında vaxt keçirtdi.

1941-ci ilin noyabr ayında Robert gestapoçular tərəfindən həbs olundu, lakin həbsdən qaçmağı bacardı və Priştinada gizləndi, Zenel Haydini adına partizan dəstəsində xidmət edirdi. Xəstəliyinə baxmayaraq partizanlara kömək etmək, silah və əl bombası düzəltmək və təmir etdirməyə davam etdi. 1942-ci ilin əvvəlində Suvi-Dol kəndində tutuldu, Liplyana aparıldı və 14 yanvar 1942-ci ildə orada güllələndi. Robert Qaydikin cəmi 19 yaşı var idi.[2]

Robert Qaydikin şərəfinə ictimai təşkilat və Mərkəz icmasının şəhər bələdiyyələrindən biri adlandırılmışdır.[5] Robert Qaydikin 1972-ci ildə yaşadığı evin yaxınlığında büstü qoyulub. 2013-cü ildən Çexiyanın Şimali Makedoniyadaki səfirlik nümayəndələri, Qaydikin ildönümü ilə əlaqədar anma tədbirlərində iştirak edirlər.[4]

  1. „Гајдик, Роберт - Славко“. Македонска енциклопедија книга I: стр. 330. (2009). Скопје: Македонска академија на науките и уметностите.
  2. 1 2 Одбележана 71 година од смртта на народниот херој Роберт Гајдик Arxivləşdirilib 2017-03-26 at the Wayback Machine  (maked.)
  3. Uctění památky Roberta Gajdíka Arxivləşdirilib 2017-03-27 at the Wayback Machine  (çex.)
  4. 1 2 "Одбележување на споменот за Роберт Гајдик" (makedon). Амбасада на Република Чешка во Скопје. 2015-03-03. İstifadə tarixi: 2015-08-18.
  5. "Урбани заедници" (makedon). Општина Центар. 2015-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-18.