Roberto Boninsenya (it. Roberto Boninsegna; 13 noyabr 1943[1], Mantova[d], Lombardiya) — İtaliyalı keçmiş futbolçu, hücumçu. İki dəfə İtaliya çempionatının bombardiri olub.
Roberto Boninsenya | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 13 noyabr 1943[1] (80 yaş) |
Doğum yeri |
|
Vətəndaşlığı | |
Boyu | 174 sm |
Çəkisi | 72 kq |
Mövqeyi | hücumçu |
Vikianbarda əlaqəli mediafayllar |
Roberto Boninsenya 13 noyabr 1943-cü ildə Mantovada anadan olub.
"İnter" klubunun yetirməsi olan Roberto karyerasına, "İnter"in baş məşqçisi Elenio Herrera tərəfindən "rədd edildikdən" sonra 1963-cü ildə "Prato" klubunda başlayır. "Prato"dan sonra Roberto "Potenza" klubuna keçir. Ancaq burada əsas heyətdə möhkəmlənə bilməyərək, heyətdəki yerini Silvino Bercellinoya uduzur.
Daha sonra "Vareze" klubuna keçir. Burada bir mövsum keçirdikdən sonra,1966-cı ildə bir çox istedadlı gənc oyunçuların yığıldığı "Kalyari" klubuna keçir. Roberto burada Luici Riva ilə birlikdə hücumda çıxış edir. Bu iki futbolçunun oyunu bir yerdə mox gözəl alınır. Növbəti mövsümdə Boninsenya İtaliya millisinə çağrılır və 18 noyabr 1967-ci ildə İsveçrə ilə oyunda İtaliya milli komandasında debüt edir. Ancaq eyni ildə A Seriyasıda Roberto keçmiş klubu "Vareze" ilə oyunda etdiyi intizamsızlığa görə 11 oyunluq cəza alır. Məhz bu cəza səbəbindən oyunçunu 1968-ci ildə təşkil edilən və İtaliyalıların ilk dəfə qatıldığı Avropa çempionatından kənarda qalmasına səbəb olur. Diskvalifikasiya dövründə, 11 qol vurduğu Amerikanın "Çikaqo Mustanqs" klubuna icarəyə verilir və burada 9 oyunu keçirdir.[2] Roberto "Kalyari"də 3 mövsum keçirdikdən sorna yetirməsi olduğu "İnter"ə keçir.
1969–1970 mövsümündə Roberto "İnter" ilə uğurlu mövsum keçirib çempionatda 2-ci yeri tutur və yalnız Robertonun keçmiş klubu "Kalyari" Milan komandasını qabaqlayır. Bu mövsumdə Roberto özü 13 qol vuraraq çempionatın bombardirləri arasında 4-cü yeri tutdu.
1970-ci ildə Roberto, İtaliya milli komandasının tərkibində Meksikadakı Dünya Kubokuna gedir və burada "Kalyari"də hücum ortağı olmuş Cici Riva ilə əla "tandem" qurur.[3] Dünya Kubokundan sonrakı mövsümdə Roberto iki titul qazandı: "İnter"lə İtaliya çempionu oldu və milli çempionatda 24 qol ilə bombardir olur. 1976-cı ildə "İnter" 33 yaşlı Robertonu "Yuventus" klubunun oyunçusu Anastazi ilə dəyişir.
"Yuventus"un heyətində Roberto 29 avqust 1976-cı ildə "Montsa" ilə 1: 1 hesabı ilə bitən İtaliya çempionatı oyununda debüt etdi. "Qoca Sinyora" ilə Boninsenya ardıcıl iki İtaliya çempionluğu və 1977-ci ildə UEFA kubokunu qazanır. Bundan sonra Roberto, B Seriyasında yarışan "Verona" klubuna keçir və karyerasını orda bitirir.
Futbol karyerasını başa vurduqdan sonra Roberto məşqçi kimi müxtəlif klublarda çalışır.