Robevi ailəsinin evi

Robevi ailəsinin evi və ya sadəcə Robevi eviŞimali Makedoniyanın Oxrid şəhərində məşhur və tarixi bina. İndiki tikili 1863–1864-cü illərdə Debar yaxınlığındakı Qari kəndindən olan Todor Petkov tərəfindən tikilmişdir. Ev bu gün qorunan mədəniyyət abidəsidir və Mədəniyyət Abidələrini Qoruma İnstitutuna və Milli Muzeyə aiddir.

Robevi ailəsinin evi
Xəritə
Ümumi məlumatlar
Növü memarlıq strukturu[d], muzey
Ölkə
Koordinatlar 41°06′44″ şm. e. 20°47′46″ ş. u.
Tikintisinin başlaması 1827
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Ənənəvi Oorid memarlığının başqa bir nümunəsi olan Kanevce ailəsinin evi

Ənənəvi Osmanlı ev memarlığında tikilmiş iİlk Robevi evinin binası mərmər daş üzərindəki yazıda da qeyd olunduğu kimi 15 aprel 1827-ci ildə bitmişdir. Binanı tikən Oxridli məşhur tacir ailəsi evdə 35 il yaşamış, 1861–1862-ci illər arasında isə Ohriddən olan məşhur bir cinayətkar Ustref Beq binanı yandırmışdır.

İki il sonra, 1863–1864-cü illər arasında ev yenidən tikildi. Tikili iki hissəyə bölündü: Konstantin Robev evin sol hissəsində, qardaşı Atanas Robev isə sağ hissəsində yaşayırdı. Evin əsas inşaatçısı evi sıfırdan inşa edən Todor Petkov idi. Ailə 1900-cü ilə, Bitolaya köçüb evdən yazlıq olaraq istifadə edənə qədər yeni tikilən evdə yaşayırdı.

Ev 1913-cü ildən 1919-cu ilədək Balkan müharibələriBirinci Dünya müharibəsi dövründə serb əsgərləri üçün sığınacaq idi. Onlar evdən çıxdıqdan sonra bəzi ziyanlar tapıldı. Belə ki, oymaların bir hissəsi Serbiyanın Niş şəhərinə aparılmışdı. Ev İkinci Dünya müharibəsi bitdikdən bəri Şimali Makedoniyanın mədəni-tarixi muzeyi olaraq qorunur. Bu ecazkar binanın son yenidənqurma işləri 1990-cı illərdə aparılmışdır. Hal-hazırda evin birinci mərtəbəsi müasir Makedoniyanın arxeoloji tapıntıları üçün ekspozisiya sahəsi kimi xidmət edir, ikinci mərtəbə Robevi ailəsinə həsr olunmuş bir xatirə mərtəbəsidir, üçüncü və ya yuxarı mərtəbə isə yaşayış yeri kimi fəaliyyət göstərir.

Üçüncü mərtəbədəki tavan

Ev üç mərtəbədən ibarət qorunan mədəniyyət abid qoyulur. İkinci və üçüncü mərtəbələrdə qədim dövrlərəorta əsrlərə aid arxeoloji əşyalar sərgilənir.

Evin yuxarı hissəsi Oxrid oyma məktəbi tərəfindən hazırlanmış əşyalar və Oxriddən və mahaldan olan məşhur sənətkarların əsərləri üçün sərgi sahəsi kimi xidmət edir.[1]

Robevi evində sərgilənən "tanrıça İsidanın gövdəsi" 10 dinarlıq banknota yazılmışdır. İsidanın gövdəsi eramızdan əvvəl II əsrə aid edilə bilər.

  1. such as a creation from the famous zoograph Dicho

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]