Rodop dağları

Rodop dağları (bolq. Родопи, yun. Ροδόπη, türk. Rodop) — Balkan yarımadasında, Bolqarıstan və Yunanıstanda yerləşən dağlar sistemi. Ən hündür zirvəsi Qolyam Perelikdir. (2.190 m)

Rodop dağları
bolq. Родопи
Rodop dağlarındakı Vaça qoruğu
Rodop dağlarındakı Vaça qoruğu
Ümumi məlumatlar
Mütləq hündürlüyü 2.191 m
Hündür zirvəsi Qolyam Perelik
Yerləşməsi
41°36′04″ şm. e. 24°34′27″ ş. u.HGYO
Ölkələr
Rodop dağları xəritədə
Rodop dağları
Rodop dağları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dağların 87 %-i Bolqarıstanın cənub sərhədlərində, qalan 17 %-i Yunanıstanda yerləşir. 2.191 hündürlüyü ilə Qolyam Perelik dağı Bolqarıstanın ən hündür 7-ci dağıdır.

Karst ərazilərə sahib olan Rodop dağlarının uzunluğu 220 km, eni 100–120 km-dir. Əhatə etdiyi sahə isə 14.735 km² olub orta hündürlüyü 785 metrdir. Dağlarda biri YUNESKO-nun Dünya irsi siyahısında olan 15 milli park yerləşir. Ən məşhuru Velinqrad və Narexen olmaqla bir çox mədən suyu yerləşir.

Dağlarda Pinopsida fəsiləsinə aid olan ağaclar bitir. Bölgə zəngin bitki örtüsünə və yırtıcı quşaləminə sahibdir.

Rodob dağları Balkan yarımadsının cənub-qərbindəki iqlimə böyük təsir göstərir. Şimalından gələn soyuq havanın da, cənubdan gələn isti havanın da bölgədəki təsiri görünür.

Rodop dağlarının şərqində orta temperatur 12–13 °C-dir. Yağış ən çox dekabr, ən az avqust ayında düşür. Qərbi Rodop dağlarında isə temperatur 5 °C-9 °C arasında dəyişir və burada tez-tez yağışlar yağır.

Su hövzələri

[redaktə | mənbəni redaktə et]

Dağlar bol su ehtiyatına malikdir. Mənbələr və çaylar arasında möhkəm əlaqə vardır. Bir çox təbii göl vardır. Ən məşhuru Bolqarıstandakı Paşmaklı gölüdür. Dağlarda Dospat, Batak, Qolyam Perelik, Kırcaali, Studen Kladanets, Vaça kimi su anbarları yerləşir.

Bu dağlarda müsəlman əhalinin sayı üstündür. Bu müsəlman qismin böyük hissəsini türklər təşkil edirlər. Digər müsəlman əhaliyə Pomaklar da aid edilir. Rodop dağlarında Pirin, Vardar, Filibe, İskəçə, Kircaali, Məstanlı, Madan, Dand, Əyridərə, Hasköy kimi yaşayış məskənlərində 700.000-dən çox türk və pomak yaşayır və bolqarıstan əhalisinin 10 %-ni təşkil edirlər.