Rodos (yun. Ρόδος) — Yunanıstana məxsus olan və ölkə paytaxtı Afinadan 270 dəniz mili aralıda, Egey dənizində yerləşən ada. Liman şəhərə malik olan adanın ərazisi 1398 km²-dir. Böyüklüyünə görə Rodos adası Yunanıstan adaları arasında 4-cü yeri tutur. Adanın əhalisinin sayı 125 000 nəfərdir. Rodosun iqlimi Aralıq dənizi hövzəsi iqliminə uyğun olaraq mülayimdir. İlin 300 günü günəşli olur. Adanın uzunluğu 78 km, eni isə 38 km-dir. Sahillərini qərbdən Egey dənizinin, şərqdən Aralıq dənizinin suları yuyur. Egey dənizinin yuduğu sahil ərazilərdə bitki örtüyü daha zəngindir. Rodos Yunanıstanın ən əsas turizm mərkəzlərindən biridir.
Rodos | |
---|---|
yun. Ρόδος | |
| |
Ümumi məlumatlar | |
Sahəsi | 1398 km² |
Uzunluğu | 78km |
Eni | 38km |
Hündür nöqtəsi | 1.215 m |
Əhalisi | 125.000 nəfər |
Yerləşməsi | |
36°11′01″ şm. e. 27°57′50″ ş. u.HGYO | |
Ölkə | Yunanıstan |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adanın inzibati mərkəzi şimal-şərqdə yerləşən Rodos şəhəridir.
Coğrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |