Rodriqo de Bastidas

Rodriqo de Bastidas (isp. Rodrigo de Bastidas; təq. 1475[1], Sevilya28 iyul 1527[2], Santyaqo-de-Kuba[d], İspaniya imperiyası) — İspaniya konkistadoruCənubi Amerikanın şimal sahillərinin kəşfiyyatçısı, Santa-Marta şəhərinin banisi. Adelantado tituluna malik olmuşdur.

Rodriqo de Bastidas
Şəxsi məlumatlar
Doğum tarixi təq. 1475[1]
Doğum yeri
Vəfat tarixi 28 iyul 1527(1527-07-28)[2]
Vəfat yeri
Dəfn yeri
  • Santa-Marta kafedralı[d]
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Xidmət illəri 1496-cı ildən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1501-ci ilin oktyabrında Bastidas "San Anton" və "Santa Maria de Gracia" adlı iki kirayələnmiş karaveldə Kadisdən yola düşmüşdür. Bu ekspedisiyada onu Vasko Nunyes de BalboaXuan de la Kosa müşayiət edirdi. Cənubi Amerika sahillərinə çatdıqdan sonra Bastidas Karib dənizi sahilinin təxminən 1000 km-ni tədqiq etmiş, Maqdalena çayının ağzını, həmçinin DaryenUraba körfəzlərini kəşf etmişdir. Ekspedisiya üzvləri ilk dəfə Syerra-Nevada-de-Santa-Marta regionunda qitənin daxili hissəsini tədqiq etmişdilər. O, Panama bərzəxinə ayaq basan ilk avropalı olduqdan sonra Santo-Dominqoya qayıtmağa məcbur olmuşdur.