Xuan de la Kosa

Xuan de la Kosa (isp. Juan de la Cosa; təq. 1450 və ya təq. 147028 fevral 1510) — İspaniya səyyahı, Amerikanın kəşfçilərindən biri. O, Amerikanın sahillərini ilk görən və onları xəritədə ilk yerləşdirən avropalılar arasındadır.

Xuan de la Kosa
Şəxsi məlumatlar
Doğum tarixi təq. 1450 və ya təq. 1470
Vəfat tarixi 28 fevral 1510
Vəfat səbəbi zəhər[d]
Vətəndaşlığı
Hərbi fəaliyyəti
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

De la Kosanın erkən həyatı haqqında etibarlı məlumat yoxdur, lakin Kantabriya onun vətəni sayılır. Yalnız 1488-ci ildə Portuqaliyada Bartolomeu Diaş ilə görüşdüyü məlumdur. 1492-ci ildə Santa Mariya adlı şəxsi karakkasına komandanlıq edən Xuan de la Kosa Çinə qərb marşrutu axtarışında Kolumbun rəhbərliyi altında ekspedisiyaya çıxmışdır. Bu ekspedisiya zamanı Amerika kəşf edilmiş və Santa Mariya Haiti sahillərində bir yerdə dağılmışdır.[1]

  1. Von Humboldt, Alexander (1836-39). Examen critique de l'histoire de la géographie du Nouveau Continent, et des progrès de l'astronomie nautique aux 15me et 16me siècles. París: Gide.