Rokfeller Arxeologiya Muzeyi (ing. Rockefeller Museum; ivr. מוזיאון רוקפלר) əvvəl — Fələstin Arxeologiya Muzeyi[2], Şərqi Qüdsdə Herod qapısı ilə üzbəüz yerləşir[3]. Muzeydə 1920–1930-cu illərdə mandatlı Fələstində aparılan qazıntılar zamanı tapılan böyük əsər toplusu vardır.
Rokfeller Muzeyi | |
---|---|
Əsası qoyulub | 19 iyun 1930 |
Açılış tarixi | 1938, 13 yanvar 1938 |
Ölkə | |
Yerləşir | Qüds |
31°47′04″ şm. e. 35°14′09″ ş. u. | |
imj.org.il/en/wings/arch… imj.org.il/… | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzey İsrail Muzeyinin bir hissəsidir və onlar tərəfinfən idarə olunur; burada İsrail Əntiq Əməliyyatları İdarəsinin mərkəzi yerləşir[4].
Rokfeller Muzeyinin yaradılmasından əvvəl Qədim Ədəd Bölümü və İngilis Mandat Arxeologiya Məktəbi Qüdsdə kiçik bir sərgi salonu olan köhnə binada yerləşdirilmişdi. O dövrdə yeganə arxeologiya muzeyi 1902-ci ildə tikilmiş Fransiskan İncil Muzeyi idi[5]..