Roma katakombaları (it.Catacombe di Roma) — Romada qədim katakombalar şəbəkəsi. Əsasən, erkən xristianlıq dövründə dəfn yeri kimi istifadə edilmiş, lakin burada yəhudilər və müxtəlif Roma paqanları da basdırılmışdır.[1] Ümumilikdə, Romada 60-dan çox müxtəlif katakombalar var. Katakombaların uzunluğu 150–170 km-dir və burada təxminən 750 min var. Katakombaların onların əksəriyyəti Appi yolu boyunca, yerin altında yerləşir. Bu katakombalar tufdan düzəldilmiş, əksəriyyəti labirintlər əmələ gətirən yeraltı keçidlər sistemindən təşkil olunmuşdur. Onların divarlarında əsasən bir mərhumun, bəzən iki, nadir hallarda isə bir neçə mərhumun qəbirləri üçün müxtəlif ölçülü dördbucaqlı taxçalar hazırlanmışdır. İndiki dövrə qədər demək olar ki, bütün nişlər açıqdır və içləri boşdur.
Xristian katakombaları erkən xristian incəsənətinin tarixi üçün son dərəcə vacibdir. Onlar b.e. 400-cü ilinə qədər olan freska və heykəltəraşlıq nümunələrinin böyük əksəriyyətini ehtiva edir.[2]