Roman Nikolayeviç Filipov (rus. Рома́н Никола́евич Фили́пов[2]; 13 avqust 1984, Voronej, RSFSR, SSRİ — 3 fevral 2018, Serakib, İdlib, Suriya) — Rusiyanın hərbi pilotu. Rusiya Federasiyasının Qəhrəmanı (2018). Rusiya Aerokosmik Qüvvələrinin mayoru. 3 fevral 2018-ci ildə Suriyada həlak olmuşdur[3][4][5].
Roman Nikolayeviç Filipov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Voronej, RSFSR, SSRİ |
Vəfat tarixi | (33 yaşında) |
Vəfat yeri | Serakib, İdlib, Suriya |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya |
Qoşun növü | Rusiya Aerokosmik Qüvvələri |
Hərbi hissə |
37-ci qarışıq aviasiya alayı Rusiya HKQ-nin Suriyadakı aviasiya qrupu |
Xidmət illəri | 2001—2018 |
Rütbəsi |
mayor |
Döyüşlər |
• Suriya vətəndaş müharibəsi • Rusiyanın Suriyadakı hərbi əməliyyatı |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
13 avqust 1984-cü ildə Voronejdə hərbi pilot ailəsində dünyaya gəlmişdir[6]. 2001-ci ildə Voronejdə orta təhsilini başa vurmuş[7], 2006-cı ildə Krasnodar ali hərbi aviasiya məktəbinin Armavirdəki mərkəzini bitirmişdir.
Primorsk diyarının Çerniqovka kəndində yerləşən 187-ci qvardiya hücum alayında (13984 №-li hərbi hissə) xidmət etmişdir. Böyük pilot vəzifəsindən Şərq Hərbi Diyarının hücum aviaalayının eskadrilya komandirinin müavini vəzifəsinədək bütün pillələri keçmiş[8], məhz buradan da Rusiya HHQ-nin Suriyadakı aviasiya qrupunun tərkibinə ezam edilmişdir.
3 fevral 2018-ci ildə "İdlib" de-eskalasiya zonası üzərində atəşkəs rejiminə nəzarət uçuşu zamanı mayor Filipovun idarə etdiyi Su-25 hücum təyyarəsi Serakib şəhəri yaxınlığında daşınan zenit raket kompleksindən açılan atəşlə vurulmuşdur[9]. Pilot təyyarəni havada saxlamağa çalışaraq raketlə vurulduğunu qərargaha bildirmiş və katapultasiya etmişdir. Yerə endikdən sonra düşmən döyüşçülərin əhatəsinə düşmüş və öz tapançası ilə onlarla atışdıqdan sonra əsir alınmamaq üçün əl qumbarası ilə özünü partlatmışdır[10][11]. Rusiya hərbçilərinin cavab raket zərbələri ilə həmin ərazidəki Cəbhət-ən-Nusra qruplaşmasının 30 üzvü məhv edilmişdir[12][13].
5 fevralda Rusiya müdafiə naziri tərəfindən Rusiya Federasiyasının Qəhrəmanı fəxri adına təqdim olunmuş[14] və 6 fevralda Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə mayor R. N. Filipova ölümündən sonra Rusiya Federasiyasının Qəhrəmanı adı verilmişdir[15].
Türkiyə və Rusiya hərbi kəşfiyyatının səyləri ilə pilotun nəşi Suriyadan çıxarılaraq Türkiyənin Hatay bölgəsindən Rusiya hərbi nəqliyyat təyyarəsi ilə 6 fevral 2018-ci ildə Moskva vilayətindəki Çkalovski hərbi aerodromuna gətirilmişdir. Ailəsinin arzusu ilə pilotun dəfni 8 fevral 2018-ci ildə Voronejdəki Komintern məzarlığının Qəhrəmanlar xiyabanında keçiriləcək[16][17][18].
Evli idi. Həlak olduğu vaxt qızı 4 yaşında idi.
Roman Filipovun adı ilə Kalininqrad və Vladivostokda küçələr[19][20] və Voronejdə onun oxuduğu 85 nömrəli məktəb adlandırılmışdır[21].