Rusiya Federasiyasının Qəhrəmanı (rus. Герой Российской Федерации) – Rusiya Federasiyasında təqdim olunan ən yüksək fəxri ad.
Rusiya Federasiyasının Qəhrəmanı | |
---|---|
Герой Российской Федерации | |
|
|
Ölkə | Rusiya |
Tip | Medal |
Kimə verilir | Rusiya vətəndaşları və xarici vətəndaşlar |
Status | Təqdim olunur |
Statistika | |
Təsis tarixi | 20 mart 1992 |
İlk təltif |
|
Son təltif |
|
Təltif sayı | 1090 nəfər |
Ardıcıllıq | |
Aşağı mükafat | "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni[d], Rusiya Federasiyasının Əmək Qəhrəmanı[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Bu ad Rusiya Federasiyası Prezidentinin qərarnaməsi ilə "Rusiya dövlətinə və onun xalqına xidmət edən, qəhrəmanlıq nümayiş etdirmiş" şəxslərə verilir. Mükafata layiq görülmək üçün Rusiya Federasiyasının vətəndaşlığında olmaq məcburi deyildir.[1]
Bu fəxri ada təsis olunduğu 20 mart 1992-ci il tarixindən indiyə qədər 1090 nəfər layiq görülmüşdür.
"Rusiya Federasiyasının Qəhrəmanı" fəxri adı 5 may 1934-cü il tarixində Sovet İttifaqı Mərkəzi İcraiyyə Komitəsi tərəfindən təsis edilmiş "Sovet İttifaqı Qəhrəmanı" fəxri adının davamçısı hesab olunur.[2] Hazırkı medalın üzərində olan "Qızıl Ulduz" da məhz Sovet dizaynıdır. "Qızıl Ulduz" memar Miron Merjanov tərəfindən dizayn olunmuş və 1 avqust 1939-cu il tarixində Ali Sovetin Rəyasət Heyəti tərəfindən təsdiq olunmuşdur.[3]
1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Rusiya Federasiyasının Prezidenti Boris Yeltsin 20 mart 1992-ci ildə Rusiya Federasiyasının 2553-1 saylı Qanununa əsasən bu mükafatı təyin etdi.[4] Rusiya Konstitusiyasının 71-ci maddəsi titul, orden və medalların hökumət tərəfindən təqdim olunmasına icazə verir. 89-cu maddə isə Rusiya prezidentinə yeni dövlət mükafatını yaratmaq haqqı verir.[5] Bu mükafat Rusiya Prezidenti tərəfindən bir vətəndaşa verilə biləcək ən ali titul hesab olunur.
Mükafatın ilk laureatları əsas etibarilə iki kateqoriyaya bölünmüşdü: Çeçenistan müharibəsinin iştirakçıları və kosmonavtlar. Bəzi digər hallarda isə məsələn, mayor Denis Vetçinov 2008-ci ildə baş vermiş Cənubi Osetiya müharibəsinin əvvəllərində vəzifə borcunu yerinə yetirərkən həlak olduğuna görə bu mükafata layiq görülmüşdür. Bir sıra hallarda sui-qəsd nəticəsində öldürülmüş hökumət nümayəndələri də bu titulla mükafatlandırılırdı. Məsələn, Çeçenistan hökumətinin keçmiş başçısı Əhməd Kadırov 2004-cü ildə Çeçenistanın paytaxtı Qroznı şəhərində baş tutmuş Qələbə Günü paradında bombalı hücum nəticəsində həlak olmuşdu. Bu hadisədən bir neçə gün sonra prezident Vladimir Putin onu bu titulla mükafatlandırmışdır. İnsidentdən bir müddət sonra Putin bu dəfə atasının yerinə hökumət başçısı təyin olunan Ramzan Kadırovu ölkəsi üçün gördüyü işlərə görə eyni mükafata layiq görmüşdür.[6]
Bütün rusiyalı kosmonavtlar kosmosa səyahət edib qayıtdıqdan sonra Rusiya Federasiyasının Qəhrəmanı adına layiq görülüb. Kosmonavtlar, həmçinin Rusiya Federasiyasının Pilot-kosmonavtı tituluna da sahib ola bilər. Kosmonavt Sergey Krikalyov isə Sovet İttifaqı Qəhrəmanı ilə yanaşı Lenin ordeni tituluna da layiq görülmüşdür.[7]
Bu iki kateqoriyadan başqa bəzi idmançılar, mülki şəxslər və hərbçilər də bu titulu əldə etməyi bacarmışdır. Belə şəxslərdən ən çox tanınmış aşağıdakı şəxsləri misal göstərmək olar:
On Tuesday the legendary weapons designer turned 90. It was a day celebrated in Russia on a scale akin to a national holiday.