Roman Vengerov (d. 23 mart 1982) — Azərbaycanı təmsil edən oxatan. Roman Vengerov 2015-ci ildə Azərbaycan bayrağı altında I Avropa Oyunlarına qatılıb.
Roman Vengerov | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Roman Vengerov |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
İdman növü | Kamandan oxatma |
Roman Vengerov 1982-ci il 23 martda anadan olub.
Roman Vengerov birinci ciddi uğurunu 2013-cü ildə qazandı. Vengerov İndoneziyanın Palembanq şəhərində baş tutan III İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazandı. Daha sonra Roman Vengerov 2015-ci ildə I Avropa Oyunlarına qatıldı. Vengerov bu yarışlarda 1/16 final mərhələsində Fransalı Daniel Lucasa 0:6 hesabı ilə uduzdu və mübarizəni dayandırdı.