Daşaltı xanı[2] (lat. Romanichthys valsanicola) — Relikt növ[3] olaraq (Şüaüzgəclilər) Xanıkimilər (Percidae) fəsiləsinə aiddir[4]. Daxil olduğu cinsin (Romanichthys) yeganə nümayəndəsidir. Növ ilk dəfə 1957-ci ildə rumın ixtioloqlar Dumitresku, Petre Mixay Beneresku və Stoyka[5][6] tərəfindən kəşf edilmişdir.
Romanichthys valsanicola | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Romanichthys valsanicola |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Bu balıqlar 12,5 sm uzunluğa malikdir. Bədəni yumuru olub, iki bel üzgəcinə sahibdir. Başı enlidir. Demək olar ki, bütünlüklə pulcuqla örtülüdür. Bədən quruluşu yaxşı inkişaf etmişdir[7].
Pulcuqları tünd-bozdan tünd-qəhvəyi rəng çalarları arasında dəyişir. Qarın nahiyyəsi ağ və ya sarı rəngdə olur.
Növ vaxtı ilə bütün Palearktika ərazisində yayılmışdır. Hazırda isə yalnız endemik növ olaraq Rumıniya ərazisində rast gəlinir[3]. İlk əvvəllər qeydə alınarkən Arceş və onun iki qolu olan Rıul-Doamney və Vıslan çaylarında müşahidə edilirdi. Hazırda bu balıqlar ancaq Vıslan çayının sularında kiçik bir ərazidə müşahidə edilir[3][6].
Balıqlar əsasən suyun dibində, daşlar arasında yaşayır[7].
Dişilər 120–150 (digər məlumata görə isə — 40–50[8] kürü qoyurlar. Mayalanış kürülər daşların kənarlarına qoyulur[4]. Kürü vermə əsasən may ayında müşahidə edilir[8].
Yetkinlik müddəti müəyyən deyildir[3].
Əsasən Cücülərin tırtıl və pupları ilə qidalanır. Bunlar arasında xüsusi ilə Ephemeroptera və ya Plecoptera[6] seçilir. Özüdə bəzən iri yırtıcı balıqların qidası olur[9].
Sayları dəqiq məlum deyildir. Növ yox olma təhlükəsi qarşısındadır ("CR"). Beynəlxalq Təbiəti Qoruma Birliyi 1996-cı ildən bu calılar üçün böyük təhkükə olmasını bildirir. Bu növ üçün əsas təhkükə kimi çayların kirlənməsi göstərilir. Harzırda bu canlıların qorunub saxlanılması üçün böyük işlər görülür[8]. Bu canlılar vəhşi təbiətdə yaşadığından onların qapalı məkanlarda çoxaldılması effekt vermiyə bilər.
Növün ov əhəmiyyəti yoxdur. Əvvələr isə qanunsuz ozçular tərəfindən ovlanılırdı][3].