Şüaüzgəclilər

Şüaüzgəclilər (lat. Actinopterygii) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi. Müasir balıqların 20 000-dən çox və ya 95% növü bu yarımsinifə daxildir.

Şüaüzgəclilər
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Sinif:
Şüaüzgəclilər
Beynəlxalq elmi adı

Şüaüzgəclilər əksəriyyəti müasir dəniz və şirinsu hövzələrində yaşayan müxtəlif gövdə quruluşlu balıqlar yarımsinifidir. Şüaüzgəclilər uzun sümük şüalı üzgəcləri olur. Şüaüzgəclilər yarımsinfinə daxil olan balıqların əsas qrupları: paleonisklər (Palaeonis­cum), qığırdaqlı və sümüklü qanoidlər və irisümüklülərdir. Ən qədim şüaüzgəclilər şirin sularda yaşamış, paleozoyda meydana gəlmiş, mezozoykaynozoy dövrlərində bütün su hövzələrində üstün­lük təşkil etmişlər. Qazıntı halında çoxlu nümayəndələri məlumdur.

Ümumi xarakteristika

[redaktə | mənbəni redaktə et]

Müasir balıqların 95%-i (27 minə qədər) şüaüzgəclilər sinfinə aiddir. Müasir şüaüzgəclilər 35 dəstədən ibarətdir. Şüaüzgəcli balıqların böyük əksəriyyəti sənaye əhəmiyyətlidir. Onların ölçüləri 8 mm-dən (Paedocypris progenetica) 11 m-ə qədər, çəkiləri isə 2300 kq-a (Mola mola) çatır.

Pərüzgəcli balıqlardan fərqli olaraq bu balıqlar sümüklü onurğaya malikdir. Xoanlar (daxili burun dəlikləri) yoxdur. Üzgəclər cüt yerləşir. Bel üzgəclərinin sayı 1-3 intervalındadır.

Əksər siyənəklər (Alosa sp.), kilkə (Clupeonella sp.), dəniz sıfı (Sander marinus), xullar (Neogobius sp.) və s. dəniz növləridir. Bunlar da öz növbəsində açıq sahə balıqları (siyənək, kilkə) və dib (xul) balıqlarına bölünür. Şirinsu balıqları reofil və ya axar su balıqlarına (qızılxallı, qumlaqçı, qıjovçu) və limnofil və ya durğun su balıqlarına (qızılüzgəc, enlibaş, xanıbalıq, durnabalığı) ayrılır. Bəzi balıqlar (çəki, xramulya, çapaq, külmə) müəyyən dövrlərdə hər iki tipə aid olur. Nərə, qızılbalıq, şəmayi, ağgöz, poru, həşəm keçici balıqlar qrupuna daxildir. Bu balıqlar cinsi yetkinlik dövrünə qədər dənizdə yaşayır, sonra isə kürü tökmək üçün çaylara keçir, çayın mənbəyinə qədər miqrasiya edib, uzun məsafə qət edir. Keçici balıqlar bir sıra xüsusiyyətlərə malikdir. Məsələn, onlar kəskin duzluluq dəyişmələrinə dözümlüdür. Miqrasiya keçici balıqlara bir sıra üstünlüklər verir: cavan fərdlərin inkişafına kömək edir, yetkin fərdləri zəngin yem bazası ilə təmin edir. Lakin çaylara miqrasiya zamanı rast gəlinən maneələr (axın, bəndlər, şəlalələr) böyük güc itkilərinə səbəb olur. Balıqların dənizə miqrasiyası zamanı onlar parazitlərdən azad olur. Belə ki, keçid zamanı duzluluq dərəcəsinin dəyişməsi dəri parazitlərinin məhvinə səbəb olur və ona görə də bəzi balıqlar (qızıl balıqlar) kürü tökdükdən sonra məhv olur. Əksər balıqlar bir neçə dəfə kürü tökür. Keçici balıqlar yüksək sənaye əhəmiyyəti daşıdığından hidrostansiyaların inşası zamanı onlar üçün xüsusi balıq-keçidləri yaradılır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın ixtiofaunası 13 dəstə, 112 növ və alt növdən ibarətdir. Onlardan 16 fəsiləyə aid 98 növ və alt növ Xəzər dənizinə aiddir (İbrahimov Ş., 2012). Bu növlərin 9-u "Azərbaycanın Qırmızı Kitabı"nın II nəşrinə salınmışdır. Yaşayış yerlərinin xarakterinə görə bu balıqlar 4 ekoloji qrupa (dəniz, şirinsu, keçici və yarımkeçici) bölünür.

Azərbaycan sularında rast gəlinən yarımkeçici balıqlar (çəki, çapaq, külmə, sıf və s.), əsasən, Xəzərin 25–40 m dərinliklərində yaşayır, kürü tökmək üçün çaylara və körfəzlərə girir. Çaylara girən fərdlər uzağa getməyib, kürülərini çay mənsəbi yaxınlığında tökür. Onların daim şirin sularda (su anbarı, göllər) yaşayan populyasiyaları da mövcuddur.

Təbiətdə rolu

[redaktə | mənbəni redaktə et]

Balıqlar bioloji müxtəliflikdə, xüsusən bəzi canlıların (Amerika susamuru, samur, desmana, ayı, su-bataqlıq və yırtıcı quşlar) qidalanmasında önəmli rol oynayır. Məsələn, yetkin Qarabatdaq (Phalacrocorax sp.) gün ərzində 700 q-a qədər balıq yeyir.

  1. Fossilworks (ing.). 1998.
  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.