Romeo və Cülyetta (ing. The Most Excellent and Lemantable Tragedy of Romeo and Juliet) — İngilis dramaturqu Vilyam Şekspirin yazdığı bir əsərdir.İngilis ədəbiyyatının klassiklərindən biri olan əsər, müəllifin ən məşhur pyeslərindən biridir. Əsərin 1591–1596-cı illərdə yazıldığı güman edilir. Dünya ədəbiyyatında klassik bir mövzu olan bir -birini sevən iki düşmən ailənin gənclərinin sevgi macərasından bəhs edir.Hekayənin mənbəyi İngilis şairi Artur Broukun 1562-ci ildə nəşr olunan "Romeo və Cülyettanın faciəli hekayəsi" uzun şeirinə əsaslanır. Şekspir bir çox köməkçi personajla hekayəni inkişaf etdirdi, onu orijinal bir əsər halına gətirdi. Əsər ilk dəfə 1594-cü ildə səhnələşdirilmişdir. Opera, balet və kino üçün dəfələrlə uyğunlaşdırılmışdır.
Romeo və Cülyetta | |
---|---|
Yazıçı | Uilyam Şekspir |
Orijinal dili | ingilis dili |
Mövzu | qadağan sevgi[d] |
Janr | faciə[1], melodram[2] |
Mövzudakı hadisənin yeri | Verona, Mantuya |
Vikianbarda əlaqəli mediafayllar |
Veronadakı monarx ailəsi
Kapuletti sülaləsi
Montekki sülaləsi
Digərləri
İtaliyanın Verona şəhər dövlətinin zəngin və zadəgan ailələrindən olan Montekki və Kapuletti ailələri arasında keçmiş illərə aid bir düşmənçilik var. Oyun bu ailələrə mənsub iki qrup gəncin küçə davası ilə başlayır. Şəhər mühafizəçiləri mübarizəni dayandırır və Verona hökmdarı Şahzadə Eskal, iki qrup arasında yenidən döyüş olacağı təqdirdə onların liderinin edam ediləcəyini söyləməklə hədələyir. O günlərdə Kapuletti ailə evinin bağçasında bir maskarad keçirilir. Lord Kapuletti, eyni zamanda, qızı Cülyettaya layiq olan Qraf Parisi də maskarada dəvət edir. Montekki ailəsinin bir üzvü olan Romeo da gizli olaraq bu gecəyə qatılır. Romeo, Kapulettinin qardaşı qızlarından Rosalin adlı bir qıza aşiq olur, ancaq Rosalin onu rədd edir. Romeonun dostu Benvolio, Romeoya qıza yaxınlaşıb qəlbini ona açması üçün maskarada gizlicə qatılmasına kömək edir. Lakin balda Romeo Kapulettinin 13 yaşlı qızı Cülyettanı görür və ona aşiq olur. Cülyetta da Romeonun hisslərinə cavab verir. Əsərin ən əhəmiyyətli səhnəsi sayılan "balkon səhnəsi" yaşanır. Ulduzlu gecədə Cülyetta balkonda, Romeo isə balkonun altındadır. Həmin ulduzlu gecədə birbirilərinə olan duyğularını etiraf edirlər. O gecədən sonra Romeo hər gecə balkondan gizlicə Cülyettanın otağına girir. Cülyettanın dayəsi iki sevgilinin xəbərləşməsini təmin edir. Cütlük evlənmək qərarına gəlir. Möhtərəm Lorenso gizli olaraq iki gənci evləndirir. Qısa müddət sonra Cülyettanın əmisi oğlanlarından biri Tibalt, Romoeonun gizli şəkildə maskarada gəldiyini öyrənir və onu təhqir edərək duelə çağırır. Romeo artıq qohumu gördüyü Tibaltla döyüşmək istəməsə də, Romeonun dostu Merkusio təhqirləri həzm edə bilmir və dueli qəbul edir. Romeo mübarizəni bölməyə çalışarkən Merkusio ölümcül yaralanır. Qəzəblənən Romeo Tibaltı öldürür. Bunun üzərinə Verona şahzadəsi Eskal Romeonu Mantuyaya sürgün etdirir. Romeo qaçır və gecəni Cülyettanın otağında keçirir, sonra isə sürgün edildiyi Mantuyaya gedir. Ailəsi Cülyetta və Qraf Parisin evlənməsi üçün hazırlıqlara başlayır. Cülyetta bu arzuolunmaz evlilikdən qurtulmaq üçün keşiş Lorenosonun yanına gedir. Kahin ona qırx saat ölü görünəcək bir iksir verir. Kahin Romeoya vəziyyəti izah edən bir məktub yazır. Lakin məktub Romeoya vaxtında çatmır. Cülyetta iksiri içir və ailəsi onun öldüyünü düşünür və dəfn edir. Romeo qulluqçusu Baltazardan Cülyettanın öldüyünü eşidəndə özünü Cülyettanın məzarında öldürməyi planlaşdırır və özü ilə zəhər alaraq gizli şəkildə Veronaya qayıdır. Cülyettanın məzarına çatan Romeo orada Qraf Parislə görüşür. Bir-birləri ilə döyüşə girirlər, Paris ölür. Sonra Romeo Cülyettanın yanında yatır, zəhəri içir və ölür. Rahib Lorenso qəbiristanlığa gəlir və Cülyettanı oyadır. Romeonun öldüyünü görən Cülyetta Romeonun xəncərini alıb özünü öldürür. Əvvəldən axıra qədər yeganə şahid olan Möhtərəm Lorenso ailələrə baş verən hər şeyi danışır və bundan sonra iki ailə arasındakı düşmənçilik sona çatır.
Romeo və Cülyetta pyesi bu günə qədər çox sayda peşəkar və həvəskar dünya teatr səhnələrində səhnələşdirilmişdir. Bundan başqa, 40 -a yaxın fərqli film bu mövzuya toxunmuşdur. Onların arasında aşağıdakılar diqqət çəkir:
Romeo və Cülyettadan uyğunlaşdırılmış ən az 24 operanın olduğu bildirilir. Bunlardan birincisi, singspiel şəklində, 1776-cı ildə Alman librettosuna görə çex bəstəkarı "Georg Benda" tərəfindən hazırlanmışdır. Romeo və Cülyettadan uyğunlaşdırılmış digər tanınmış musiqi əsərlərini belə ümumiləşdirmək olar:
Ədəbiyyat haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |