Ronni Ceyms Dio

Ronnie James Dio (10 iyul 1942[1][2], Portsmut (Nyu-Hempşir), Nyu-Hempşir16 may 2010[3][4][…], Hyuston, Texas[5]) — Rok musiqisinin amerikalı əfsanəsi

Ronnie James Dio
Ronald James Padavona
Ümumi məlumatlar
Ləqəbi Ronnie James Dio
Doğum tarixi 10 iyul 1942(1942-07-10)[1][2]
Doğum yeri
Vəfat tarixi 16 may 2010(2010-05-16)[3][4][…] (67 yaşında)
Vəfat yeri
Vəfat səbəbi mədə xərçəngi[6]
Dəfn yeri
  • Hollivud-Hillz qəbiristanlığı[d]
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi
Fəaliyyət illəri 1957-2010
Janrlar Heavy metal, hard rok, blues rock
Musiqi aləti Vokal
Səs tembri tenor
Albom şirkəti Warner Bros.
Üzvlüyü
ronniejamesdio.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Başlanğıc illər, musiqi təhsili

[redaktə | mənbəni redaktə et]

Ronnie James Dio (Ronald James Padavona) 1942-ci il iyulun 10-da ABŞ-nin Nyu Hempşer ştatının Portsmut şəhərində anadan olmuş, lakin Nyu York-da, Kortland-da böyümüşdür. Padavona ailəsi dinə yaxın ailə olmuşdur, Ronnie katolik din ruhunda böyümüş, lakin sırf qatı katolik olmamışdır. Uşaqlıqda Ronnie-nin sevdiyi məşğuliyyətlər kitab oxumaq, idman və musiqi olmuşdur. Ronnie beysbolla məşğul olmaq istəyirdi və bir dəfə atasına beysbol yarasası almasını istəmişdi, atası isə onun musiqi təhsili almağını istəyirdi və evə truba gətirdi. Bundan sonra Ronnie hər gün 4–5 saat musiqi dərsləri alırdı. Tezliklə o, bu dərslərdən imtina etdi. İllər sonra Ronnie bunu belə əsaslandırırdı: "Boru — çox asan alətdir, buna görə bu mənə sıxıcı gəldi. Bundan başqa, mən adi boru ifaçısı olacaqdım. Mexanizmin kiçik detalı olmaq istəmirdim. Yaxşı ki, Rock'n'Roll-la tanış oldum."

Ronnie 7 yaşından oxumağa başlamışdır. 1957-ci ildə yuxarı sinif şagirdi olan Ronnie gitarist Nick Pantas, baterist Tom Rogers ilə birlikdə The Vegas Kings qrupunu yaratdı. Əvvəlcə Ronnie qrupda bas-gitarist mövqeyində idi. Sonradan isə o, vokalist mövqeyinə keçdi. Qrup öz adını 2 dəfə dəyişdi: əvvəlcə Ronnie & The Rumblers, sonra isə Ronnie And The Red Caps. 1960-cı illərin əvvəllərində Ronnie özünə Dio ləqəbini götürdü. Dio — italyancadan tərcümədə Allah deməkdir. Bunu Ronnie belə izah etmişdir: "Mənim soyadım uzun və ekzotik idi. Yaddaqalan bir şey lazım idi. Mən istəyirdim ki, ləqəbim mənim italyan əsilli olduğumu bildirsin və mən italyan mafiyasının bosslarından biri — Johnny Dio-nun soyadını götürdüm." Elə bu aralarda Ronnie özünü sırf vokalist kimi yoxlayırdı və bütün fikrini bu mövqeyə yönəltmişdi. Ronnie And The Red Caps qrupu isə adını Ronnie Dio & The Prophets olaraq dəyişmişdir. Bu ad altında qrup bir neçə single və bir albom — Dio at Domino's albomunu buraxmışdır. 1967-ci ildə qrupa sintezatorçunun əlavə olunması ilə kollektivin adı The Electric Elves olaraq dəyişdirildi. 1970-ci ildə avtomobil qəzası nəticəsində gitarist Nick Pantas həyatını itirdi. Bundan sonra Ronnie və onun 2 yoldaşı qrupun adını Elf-ə dəyişdirirlər. 1972-ci ilin yanvarında onların çıxışlarından birində Deep Purple-ün üzvləri Roger Glover və Ian Paice də iştirak edirlər. Qrup onların xoşuna gəlir. Tezliklə Ian və Roger-lə buraxılmış eyniadlı albom işıq üzü görür. 1975-ci ildə Ritchie Blackmore Deep Purple-dan ayrılır və Elf qrupunun üzvləri ilə birlikdə Rainbow qrupunu yaradır. Rainbow qrupunda Dio vokalist kimi çıxış edirdi və mahnı sözlərini yazılmasında birbaşa iştirak edirdi. Amma Elf qrupunda Ronnie şəriksiz lider idisə, Rainbow qrupunda lider Blackmore idi. Bir dəfə Ritchie Ronnie-yə ikinci adı — James-i istifadə etməyi təklif etdi və beləcə onun səhnə adı tamamilə yarandı: Ronnie James Dio. 1975-ci ildə ilk albom — Ritchie Blackmore's Rainbow buraxıldı. Bundan sonra Ritchie Dio-dan başqa hamını qrupdan qovdu. Yeni heyəti topladıqdan sonra ikinci albom — Rising buraxıldı. Ritchie Dio-dan çox razı idi. Amma Long Live Rock'n'Roll albomundan sonra label-ın təzyiqi altında Blackmore məcburən qrupun istiqamətini "mainstream"-ə dəyişəsi oldu. Bu isə Ronnie-yə heç xoş gəlmədi. Bundan başqa o, həmişə əfsanəvi Blackmore-un kölgəsində qalmaqdan bezmişdi. 1979-cu ildə o, Rainbow qrupunu tərk edir. Onun sözlərinə görə, "Ritchie ilə işləmək mənə həmişə xoş olub, amma musiqi cəhətdən, o pop musiqiçi olub, sevgi haqqında mahnılar yazmaq istəyirdi, mən isə belə işlərlə məşğul olmuram." Elə bu zamanlarda Black Sabbath Ozzy Osbourne-la yollarını ayırmışdı və yeni vokalist axtarışında idilər. 1980-ci ildə Ronnie vokalist kimi Black Sabbath-a qoşulur. Elə ilk gecədə məşq keçirilir və bu məşqdə Children of the Sea mahnısı yaranır. Əvvəl qrupda mahnıların bütün sözlərini Geezer Butler yazırdısa, indi bunu Ronnie James Dio edirdi. Gitarist Tony Iommi-nin sözlərinə görə, "Ronnie qrupa yeni üfüqləri fəth etmək və daha da irəliləmək, ritmi dəyişmək üçün şans yaratmışdır." Dio-nun iştirakı ilə ilk albom — Heaven and Hell böyük uğur əldə etmişdir və Böyük Britaniyada 9-cu yerə çıxmış, 9 milyondan çox tirajla satılmış və qrupa yeni fanat ordusu qazandırmışdır. Konsertlərdə Ronnie tək öz ifasında deyil, həm də Ozzy-nin ifasında yazılmış mahnıları ifa edirdi. İkinci albom — Mob Rules birincidən az uğur əldə etsə də, yenə də böyük uğur əldə etdi. Ronnie-nin Black Sabbath-dakı çıxışı dövrü Rock musiqi tarixinə tək keyfiyyət deyil, həm də buynuzları bəxş etdi (\m/). Bu jest keçi olaraq adlandı və indiyədək ağır musiqi sevənlərin salamlama jesti olaraq qalır. Dio özü bu işarəni nənəsində gördüyünü və bu nənəsinin fikrincə bəd nəzərdən və s. belə şeylərdən qoruyan işarə idi. 1982-ci ildə isə Ronnie və drummer Vinny Appice-in qrupu tərk etməsi ilə qrupun sürətli inkişafı dayandı. Ronnie-nin sözlərinə görə, "Studiyadakı söz-söhbətlər bəhanə idi. Son vaxtlar qrupun üzvləri arasındakı münasibətlər bərbad idi və onlar ancaq konsertlərdə və studiyada görüşürdülər." Bundan sonra Ronnie və Vinny gələcək qrupları üçün heyət yığmaq üçün Böyük Britaniyaya gedirlər. Tezliklə, ilk üzv tapıldı. Bu Ronnie-nin Rainbow-dan olan yaxın tanışı — basist Jimmy Bain idi. İkinci üzv isə gənc gitarist Vivian Campbell oldu. Tezliklə yeni qrup — Dİo-nun ilk albomu — Holy Diver buraxıldı. Sonrakı iki albom da — The Last in Line və Sacred Heart böyük uğur əldə etdilər. 1991-ci ildə Geezer Butler Ronnie-dən onun konsertinə gəlmək üçün icazə istədi. Cavab onların bir neçə mahnını birlikdə oxuyacaqları şərti ilə müsbət oldu. Konsert uğurlu keçdi və konsertdən sonra onlar pivə içərkən Black Sabbath-dakı vaxtlarını yada saldılar. Bundan sonra Black Sabbat-ı yenidən birləşdirmək fikri yarandı. Qrupun bir albom buraxacağı, bundan sonra isə Dio-nun öz eyniadlı qrupuna qayıdacağı qərarı qəbul olundu. Amma 1992-ci ildə buraxılan Dehumanizer albomundan sonra Ronnie kollektivdə qalmaq qərarını qəbul etdi. Amma alboma dəstək turunda musiqiçilərin bir-birindən yenidən uzaqlaşması nəticəsində, hələ qrupun Dio-dan xəbərsiz Ozzy-nin konsertinin açılışında çıxış etmək fikri olduğunu biləndə, Dio qrupdan ayrıldı. 1994-cü ildə Dio öz qrupu ilə Strange Highways albomunu buraxdı. 2 il sonra Angry Machines, 1998-ci ildə Inferno: Last in Live, 2000-ci ildə isə Magica albomları buraxıldı. Yeni minillikdə isə Dio qrupu 2002-ci ildə Killing the Dragon və 2004-cü ildə Master of the Moon albomlarını buraxdı. 2006-cı ildə Dio Tony Iommy, Vinny Appice və Geezer Butler-lə Heaven & Hell qrupu tərkibində birləşərək The Dio years: albomunu buraxdı. 2009-cu il noyabrın 25-də Ronnie-də mədə xərçəngi aşkar olundu. 2010-cu il martın 12-si Dio-nun həyat yoldaşı Wendy artıq kimyəvi terapiyanın 6 mərhələsinin keçirildiyinin və analizlərdə vəziyyətin yaxşılaşdığını dedi. Dio sona qədər xəstəliyə qalib gəlib, yenidən səhnəyə qayıtmağı düşünürdü. 2010-cu il mayın 5-də Ronnie öz pərəstişkarlarına son sözlərini dedi: "Mən Heaven & Hell-in yay çıxışlarının ertələnməsinə görə çox məyusam. Wendy, mənim həkimlərim və mən sona qədər işləyirik, bunların hamısı bu xəbərlərin pis təsir edəcəyi ən böyük insanlara — sizlərə görədir. Sizin sonsuz sevginiz və dəstəyinizlə biz yaşayacaq və çiçəklənəcəyik. Hələ çox turlar, çox musiqi, çoxlu ömür və daha çox sehr olacaq." 2010-cu il mayın 16-da, saat 8 radələrində Ronnie həyata gözlərini yumdu.

  1. 1 2 Ronnie James Dio // Encyclopaedia Metallum. 2002.
  2. 1 2 Ronnie James Dio // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 http://www.nytimes.com/2010/05/17/arts/music/17dio.html.
  4. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  5. 1 2 Deutsche Nationalbibliothek Record #134359615 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  6. Sweeting A. Ronnie James Dio obituary (ing.). 2010. ISSN 1756-3224; 1354-4322