Ros çayı (ukr. Рось) — Dnepr çayının sağ qolu olan Ukrayna ərazisindən axan çay. Ros çayı mənbəyini Vinnitsa vilayətinin (oblastının) Pohrebişçe rayonunun Ordintsi kəndindən götürür. O, 346 km (215 mil) uzunluğundadır və 12.600 km2 drenaj hövzəsinə sahibdir.[1] Çay üzərində daha böyük yaşayış məntəqələri Bila Tserkva, Bohuslav və Korsun-Şevçenkivskidir.[2][3][4]
Ros çayı | |
---|---|
Ölkə | |
Mənsəbi | Dnepr çayı |
Uzunluğu |
|
Su sərfi | 22,5 m³/s |
Hövzəsinin sahəsi | 12.575 km² |
Vikianbarda əlaqəli mediafayllar |
Bəzi tarixçilər[hansı?] qədim Şərqi Slavyan dövləti olan Kiyev Rusun adının Ros çayının adından yaranma ehtimalını irəli sürürlər.[mənbə göstərin]