Rosa boissieri

Buasye itburnusu (lat. Rosa boissieri) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.

Buasye itburnusu
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Rosa boissieri

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

İlk dəfə İrandan (Lazistandan) təsvir edilmişdir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Çılpaq, dik duran, darçını rəngdə zoğlara və budaqlara malik, hündürboy koldur. Qopartikan düz və ya bir qədər əyilmişdir, qaidə hissəsi yastılaşmışdır. Yarpaqları 5-7 ədəd, bir qədər qalın ellipsvari və ya enli yumurtavari, bir və ya ikiqat mişardişli, üst tərəfdən keçətüklü, altdan vəzisiz, ağamtıl, tüklü yarpaqcıqlardan ibarətdir. Ləçəkləri iri, ağ və ya çəhrayıdır. Meyvəsi çılpaq, dəyirmi yumurtavaridir. İyul ayında çiçək açır, setyabrda meyvə verir.

İstiyə, soyuğa davamlıdır. Münbit torpaqlarda daha yaxşı bitir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqaz (Şəki, Zaqatala) və Naxçıvan MR-da təbii halda rast gəlinir.

Dekorativ bitkidir. Tək və qrup əkinlərində istifadə edilir. Tərkibində efir yağı vardır.