Rosa buschiana

Buz itburnusu (lat. Rosa buschiana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.

Buş itburnusu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Ümumi yayılması

[redaktə | mənbəni redaktə et]

Qafqaz vadisinin mərkəzi hissəsi, Dağıstan, Cənubi Osetiya (Ermani) rayonu ərazisində təbii arealı vardır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazda Quba rayonu ərazisində və Naxçıvan MR –də rast gəlinir.

Azərbaycanın nadir bitkisidir. VU A2c+3c.

Ümumi yayılması

[redaktə | mənbəni redaktə et]

Qafqaz vadisinin mərkəzi hissəsi, Dağıstan, Cənubi Osetiya (Ermani) rayonu ərazisində təbii arealı vardır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazda-Quba rayonu ərazisində və Naxçıvan MR-də rast gəlinir.

Azərbaycanın nadir bitkisidir. VU A2c+3c.

Yuxarı və orta dağ qurşaqlarında quru daşlıqayalı yamaclarda yayılmışdır.

Təbii ehtiyatı

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda dar bir arealı vardır.

Bioloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Təbiətdə kökümsovdan çıxmış 15–20 sm hündürlüyündə olan kolcuqdur. Qopartikanları xırda olub düz iynəvaridir. Yarpaqları 5–7 sm uzunluğundadır. Yarpaqları 5–7 dar, ellipsşəkilli qaidə hissəsi pazşəkilli yarpaqcıqlardan təşkil olunmuşdur. Yarpaqcıqların kənarları mişardişlidir. Kasayarpaqları 1,5 sm uzunluğunda olur. Ləçəkləri solğun çəhrayı rəngdədir. Meyvəsi oval və ya yuru şəkillidir. Meyvəsi, adətən, çılpaq olur. Çiçəkləri tək-təkdir, bəzən 2–3, 4–4 bir yerdə yerləşmişdir. İyun və iyul aylarında çiçək açır.

Təbiətdə generativ və vegetativ yolla çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri

[redaktə | mənbəni redaktə et]

Başlıca olaraq insan fəaliyyətidir.

Məlumat yoxdur.

Qəbul edilmiş qoruma tədbirləri

[redaktə | mənbəni redaktə et]

Xüsusi mühafizə tədbirləri tərtib edilməmişdir.

Zəruri qoruma tədbirləri

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın "Qırmızı Kitabı"na daxilməsi zəruridir.