Yarıkürəvi itburnu (lat. Rosa hemisphaerica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Yarıkürəvi itburnu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Yarıkürəvi itburnu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Qərbi Asiyada, Qafqazda yayılmışdır. Qafqazda, Azərbaycanda yayılmışdır.
1-2 m hündürlüyündə dik duran koldur. Qopartikanları müxtəlifdir; nazik, bir qədər iri, qılıncşəkilli və ya bəzən qarmaqvarı əyilmişdir, bəziləri isə sadə formadadır. İyun ayında çiçək açır. Çiçəkləri əksərən tək-tək, bəzi hallarda 2-3-ü bir yerdə olur. 25 mm-ə qədər uzunluqda çılpaq və ya məxməri tüklü, bəzən seyrək vəzili tüklü çiçək saplağına malikdir. Ləçəkləri kükürdü-sarıdır, zəif oyuqludur. Meyvəsi girdə və ya qısa yumurtavarıdır, sarı və ya narıncı rəngdədir.
Rütubət və işıqsevən bitkidir. Münbit torpaqlarda yaxşı bitir.
Naxçıvan MR-da təbii halda rast gəlinir.
Dekorativ koldur, qrup əkinləri üçün yararlıdır. Bu növün bağ formaları da becərilir.