Hraçiyan itburnusu (lat. Rosa hracziana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Hraçiyan itburnusu | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Hraçiyan itburnusu |
||||
Beynəlxalq elmi adı | ||||
|
Qafqazda Ermənistanın Axtı rayonu ərazilərində quru bozqır yamaclarda təbii arealı vardır.
Talış bölgəsi ərazisində daşlı qayalı yamaclarda rast gəlinir.
Azərbaycanın nadir bitkisidir. VU A2c+3c.
Aşağı və orta dağ qurşaqlarında, quru bozqırlaşmış daşlıqayalı yamaclarda yayılmışdır.
Azərbaycanda dar bir arealı vardır.
Hündürlüyü 80-100 m-ə qədər olan bozumtul qonur budаqlаrа və qəhvəyi, yaşıl zoğlara malik xırda kollardır. Qopar tikanları xırda olub qaidə hissəsi enliləşəndir.Yarpaqları 7-11 ədəd xırda 1-2 sm uzunluğunda yarpaqcıqlardan təşkil olunmuşdur. Yаrpаqаltıqlаrı dar və çılpaqdır, yuхаrı hissəsində bir birindən аrаlаnmış pulcuqlara malikdir. Çiçəkləri tək-tək yerləşib, 40-50 sm uzunluqda, xırda qopartikancıqlаrlа örtülü çiçək saplağına malikdir. Meyvəvermə zamanı yuхаrıyа və ya arxaya qаtlаnаndır. Meyvəsi armudvаrı, çılpаq, аlqırmızıdır. Meyvə yoğun qaidəsinə doğru nazikləşən qırmızı saplağa malikdir. Маy ayından iyula qədər çiçək açır.
Təbiətdə generativ və vegetativ yolla çoxalır.
Başlıca olaraq insan fəaliyyətidir.
Məlumat yoxdur.
Xüsusi mühafizə tədbirləri tərtib edilməmişdir.
Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilməsi zəruridir.