Rosenthal Müasir İncəsənət Mərkəzi və ya Lois və Richard Rosenthal Müasir İncəsənət Mərkəzi (İngilis dilində: Rosenthal Center for Contemporary Art və ya Lois and Richard Rosenthal Center for Contemporary Art), ABŞ-nin Ohio ştatının, Cincinnati şəhərində yerləşən bir incəsənət mərkəzidir.
Rosenthal Müasir İncəsənət Mərkəzi | |
---|---|
Ümumi məlumatlar | |
Növü | incəsənət muzeyi[d], qeyri-kommersiya təşkilatı[d] |
Ölkə | |
Koordinatlar | 39°06′10″ şm. e. 84°30′43″ q. u. |
Dizayn və konstruksiya | |
Memar | Zəha Hədid |
Veb-sayt | |
contemporaryartscenter.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Bu bina CAC (Contemporary Arts Center, Azərbaycan dilində: Müasir İncəsənət Mərkəzi) adlı sənət müəssisəsinin yeni mərkəzinin yerləşdiyi yerdir. Bu bina həmin sənət ocağının ən əhəmiyyətli maliyyə dəstəkçilərindən olan Lois Rosenthal və Richard Rosenthala ithaf olunmuş İraqlı memar Zaha Hadid tərəfindən hazırlanan bu layihənin inşasına 2001-ci ilin may ayında başlanılmış və 2003-cü ilin yayında inşası başa çatdırılmışdır.
Rosenthal Müasir İncəsənət Mərkəzi, Zaha Hadidin ilk həyata keçirilmiş olan dizaynı olduğu üçün də çox vacibdir.
New York Times qəzetinin memarlıq tənqidçilərindən biri olan Herbert Muschamp, bu dizaynı “Soyuq müharibədən bu yana tamamlanan ən əhəmiyyətli Amerika tikilisi” adlandırmışdır.