Rosir Kalderon — kubalı qadın voleybolçu. 1984-cü ildə dekabrın 28-i paytaxt Havanada anadan olmuşdu. 1978-ci il dünya çempionatında çempionluq yaşamış Erenia Diazın qızıdır. Hal-hazırda Dinamo Krasnodarın şərəfini qoruyur.
Rosir Kalderon | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Rosir Kalderon Diaz |
Doğum tarixi | |
Doğum yeri | Havana Kuba |
Vətəndaşlığı | kubalı |
Voleybolçu məlumatları | |
Boyu | 1.91 m |
Çəkisi | 66 kq |
Zərbəsi | 330 sm |
Bloku | 325 sm |
Mövqeyi | Hücumçu |
Karyerası | |
Komandası | Dinamo Krasnodar |
Nömrəsi | 12 |
Klub karyerası | |
?–2005 2005–2006 2006–2011 2011–2013 2013– |
Ciudad Habana Uraloçka Ciudad Habana Qalatasaray D. Krasnodar |
Milli komanda karyerası | |
2002–2009 | Kuba |
Vikianbarda əlaqəli mediafayllar |
Rosir 2002-ci ildən etibarən Kuba millisinə düzənli olaraq çağrılır. 2009-cu ildən etibarən isə milli komanda ilə demək olar ki, heç bir matça çıxmır. Voleybolçu bu müddətdə 65 dəfədən çox milli komandasının formasını tərlətmişdi. Onun millidəki ən böyük uğuru 2004 Yay Olimpiya Oyunlarında olmuşdu. Afinada keçirilən turnirdə komandasının yaşadığı üçüncülük sayəsində olimpiya bürüncünü boynundan asmışdı.
2011-ci ildə Qalatasaray ilə anlaşan voleybolçu karyerasında ilk dəfə olaraq Türkiyədə legioner həyatı yaşamışdı. Ümumilikdə isə bu onun ikinci legionerlik təcrübəsi idi. Belə ki, voleybolçu 2005-06 mövsümündə Rusiya klubu Uraloçkanın şərəfini qorumuşdu. O, sarı-qırmızılarda iki il forma geyindikdən sonra 2013-cü ilin aprelində başa çatan müqaviləsini yeniləməmişdi. Bundan sonra isə yenidən bir çox klubun transfer siyahısına düşən təcrübəli voleybolçu yenidən Rusiyaya dönməyi üstün tutmuşdu. O, burada yerli Dinamo Krasnodar klubu ilə sözləşmə imzalamışdı.