Müqəddəs Matvey adına Roslin kapellası kilsəsi (Collegiate Church of St Matthew) — Şotlandiyanın midliotian Roslin kəndində son dövr qotik kilsəsi. Roslin qəsri yaxınlığında XV əsrdə Sinkler tayfasının məzarlığı kimi tikilib. Tikintinin təşəbbüskarı kimi 3-cü Orkney qrafı Uliyam Sinkler olub (1410–1484).
Roslin kapellası | |
---|---|
Ümumi məlumatlar | |
Memarlıq üslubu | qotika |
Ölkə | |
Koordinatlar | 55°51′19″ şm. e. 3°09′35″ q. u.HGYO |
Şərəfinə adlandırılıb | Həvari Matfey |
Veb-sayt | |
rosslynchapel.org.uk | |
Vikianbarda əlaqəli mediafayllar |
İngiltərənin Edinburq şəhəri yaxınlığında "Rosslyn Kapellası" kimi tanınan kilsə tampliyerlərin bütpərəst inanclarının simvolu kimi qəbul edilir. Bu binanı tampliyerlərin davamçıları olan masonlar və gül-xaçlılar tikərək, dörd bir tərəfinə öz fəlsəfələrini ifadə edən simvollar yerləşdiriblər. Türk masonlarının "Memar Sinan" dərgisində kapellanın mason mənşəyi və bütpərəst ünsürləri belə izah olunur: Şotlandiyada tampliyer-mason birliyinin ən əsas sübutlarından biri Edinburqun 10 km. cənubunda yerləşən qədim Tampliyer mərkəzi Balantradoxdan 15 km. uzaqdakı Midlotiandakı Roslin (Rosslyn) kəndində yerləşən qala və kapelladır. Bölgədə və qalada xüsusilə 1312-ci ildən sonra Müqəddəs Kler baronlarının himayəsi altında tampliyerlər məskunlaşıblar. Bu kapella 1446–48-ci illərdə təkcə Şotlandiyada yox, bütün Avropada dövrün ən məşhur və hörmətli adamlarından sayılan Ser Uilyam Kler tərəfindən inşa edilib. Binanın tikintisində masonlar və gül-xaçlılar iştirak ediblər. Ser Uilyam Kler Avropanın hər yerindən tanınmış memarları kapellamn tikintisinə dəvət edib. Kapellanın yanındaca yeni evlər qurulub və loja açılıb. Kapella plan və dekorasiya baxımından fərqlənir. Nə Şotlandiyada, nə də Avropada bənzəri var. O, müəyyən qədər İrod Məbədinə oxşadılıb və hər tərəfi mason simvollarıyla bəzədilib. Simvolların arasında Hiram və qatilinin başlarının barelyefləri, həmçinin pərgar və künyə təsvirləri diqqət çəkir. Həmçinin bəzi mason mərasimlərinin təsvirləri də yer alıb. Kapellanın Misir, İbrani, Qotik, Norman, Kelt, Skandinaviya, Tampliyer və Mason mədəniyyətlərinin memarlıq xüsusiyyətlərini daşımasıyla yanaşı, ən maraqlı cəhətlərindən biri də sütunların üzərindəki çeşidli bitki fiqurlarun arasında kaktus və Misir motivlərinin olmasıdır. Kapellanın içində paqan (bütpərəst) bəzəkləri o qədər çoxdur ki, 1589-cu ildə Rosslin baronu oranı müqəddəs ayinlərin yerinə yetirilməsi üçün uyğun yer saymayıb. 31 avqust 1592-ci ildə isə Rosslin baronu Oliver Klerə göstərilən təzyiq nəticəsində kapelladakı bütpərəst nişanələrinin əksəriyyəti ləğv edilib[1].[2]