Rostov Cümə Məscidi (1918)

Rostov Cümə MəscidiRostov-na-Donu şəhərində XX əsrin əvvəllərində tikilmiş müsəlman dini ibadətgahı. Məscid 1962-ci ilə qədər fəaliyyət göstərmişdir. Hazırda məscidin binası qəzalı vəziyyətdədir.

Rostov Cümə Məscidi
Məscid 1918-ci ildə
Məscid 1918-ci ildə
Xəritə
47°13′48″ şm. e. 39°43′14″ ş. u.
Ölkə Rusiya Rusiya
Status Cümə Məscidi
Şəhər Rostov-na-Donu
Yerləşir Skobelev küçəsi (Qırmızı Ordu)
Memar Georgi Vasilyev
Tikilmə tarixi 1917-1918
Üslubu İslam memarlığı
Minarələri 1
Günbəzləri 1
Vəziyyəti fəaliyyət göstərmir
Rəsmi sayt masdjid.ru

Rostov-na-Donuda ilk müsəlman ibadət evləri (məscidlər) XIX əsrin son rübündə yaranmışdır. Belə ki, onlardan birinin tikintisi üçün, 1910-cu illərin ortalarında, Skobelevskaya küçəsi (indiki Krasnoarmeyskaya küçəsi) ilə Pokrovski qəbiristanlığı (indi yoxdur) arasındakı şəhər planında məscidin tikintisi üçün yer ayrıldı. Bu məscidin tikintisinin dəqiq başa çatma tarixi məlum deyil. Təqribən 1917-ci və ya 1918-ci il əsas götürülür.[1] Tikinti Napoleon ordusuna qarşı müharibədə fərqlənmiş tatar alaylarının şərəfinə müsəlman tacirlərin ianələri hesabına həyata keçirilmişdir.[2]

Məscid üstü aypara ilə örtülmüş günbəzi olan iki mərtəbəli kubvari bina idi. Məscidin girişinin yerləşdiyi əsas fasadın dekorasiyası uclu tağla vurğulanan mərkəzi yuxarı, dairəvi pəncərənin ətrafında hazırlanmışdır. Məscidin girişinin solunda kiçik günbəzli və ayparalı minarə yerləşirdi. Məscidin inşası zamanı tikintiyə nəzarəti şəhər memarı Georgi Vasilyev həyata keçirmişdir.[3][1]

Məscidin müsəlman icmasının fəaliyyəti 1930-cu illərin əvvəllərinə qədər davam etdi, bundan sonra məscid (bir çox pravoslav kilsələri kimi) bağlandı, minarə isə qismən söküldü. Böyük Vətən müharibəsi başa çatdıqdan sonra məscid öz fəaliyyətini bərpa etdi. 1953-cü ildə məscid əsaslı təmir edildi.[1]

Məscidin dağıdılması

[redaktə | mənbəni redaktə et]
Rostov Cümə Məscidi 1930-cu illərdə
Məscidin binası 2017-ci ildə

Cümə məscidi Sovet ordusunun hərbi hissələrindən birinə yaxın olduğundan, o zaman Nikita Xruşşovun vaxtında, 1963-cü ilin iyulunda Şimali Qafqaz Hərbi Dairəsinin komandanı general İsa Pliyevin əmri ilə məscidin binası hərbi hissənin balansına keçirildi. Müsəlman icması məsciddən çıxarıldı və bütün məbəd əmlakı müsadirə edildi. Məscidin sonuncu imam-xətibi 1956-1963-cü illərdə orada çalışmış Şanqareyev Kalyametdin-xəzrət (1905-1986) olmuşdur.[4]

1978-ci ildə məscid binası hərbi kluba çevrildi. 1982-ci ildən Rostov-na-Donu müsəlman icması məscid binasının dindarlara qaytarılması ilə bağlı şəhər rəhbərliyi və hərbi dairə ilə danışıqlara başladı. Lakin danışıqlar uzun və nəticəsiz qaldı. Yalnız SSRİ dağılandan sonra məsələ həllini tapmağa doğru irəlilədi.

Rostov şəhər administrasiyası İnşaatçılar Parkı ərazisində (Varfolomeeva küçəsində) yeni məscidin tikintisi üçün yer ayırdı. Lakin məscid bu yerdə tikilmədi. Yeni Cümə məscidi yalnız 2003-cü ildə Furmanovskaya küçəsində inşa edildi.

2017-ci ilin noyabrında şəhər rəhbərliyi keçmiş məscidin binasını satışa çıxarıb.[5]

  1. 1 2 3 "История соборной мечети Ростова-на-Дону на ул. Красноармейской". 2017-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-27.
  2. "Соборная мечеть". 2021-10-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-27.
  3. "ГОРОДСКОЙ АРХИТЕКТОР НАЧАЛА XX ВЕКА — ГРИГОРИЙ НИКОЛАЕВИЧ ВАСИЛЬЕВ". 2018-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-27.
  4. "Каляметдин-хазрат Шангареев". 2017-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-14.
  5. "Власти Ростова выставили на продажу здание бывшей мечети на улице Красноармейской". 2017-12-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-27.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]