Rostov Dənizçilik Uçilişinin əsas korpusu

Rostov Dənizçilik Uçilişinin əsas korpusu - Rostov-na-Donu şəhərinin ərazisində, Sedov küçəsi, ev 8/2 ünvanında yerləşən bina. Bina 1914-cü ildə[1] inşa edilmişdir. Hazırda binada Q. Y. Sedov adına su nəqliyyatı institutu yerləşir. Rostov Dənizçilik Uçilişinin əsas korpus binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir[2].

Rostov Dənizçilik Uçilişinin əsas korpusu
rus. Здание главного корпуса Ростовского мореходного училища дальнего плавания
Xəritə
47°13′07″ şm. e. 39°43′38″ ş. u.HGYO
Ölkə  Rusiya
Şəhər Rostov-na-Donu
Tikilmə tarixi 1914
Memarlıq quruluşu Modern

Rostov-na-Donu şəhərində ilk dənizçilik sinifləri 1876-cı ildə açılmışdır. 1896-cı ildə isə Rostov Dənizçilik Uçilişinin sinif binası inşa edilmişdir. XX əsrin əvvələrində artıq bina tamamən dolduğundan yeni tədris korpusunun inşasına ehtiyac yaranmışdır. Rostov Dənizçilik Uçilişinin əsas korpusu binası 1914-cü ildə Rostov Dənizçilik Uçilişinin sinif binası yaxınlığında inşa edilmişdir.

1974-cü ildə binanın fasadında memorial lövhə vurulmuşdur. Bu lövhədə yazılır: «Bu binada Mixail Prokofeviç Belousov və Nikolay Aleksadroviç Lunin dənizçilik sahəsində təhsil almışdır. Onlar vətən qarşısında xidmətlərinə, igidlik və qəhramanlarına görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Rostov vilayəti rəhbərliyinin 9 oktyabr 1998-cil № 411 əmri ilə Rostov Dənizçilik Uçilişinin əsas korpus binası qurumaya alınmışdır.

Bina modern stilində inşa edilmişdir. Bina düzbucaqlı formaya malikdir. Onun fasadı Sedov küçəsinə açılır. Bina iki mərtəbədən ibarət olaraq az meyilli dam örtüyünə sahibdir.

  1. "Здание Ростовского морского колледжа". voopiik-don.ru. 2014-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-08.
  2. "Rostov-na-Donu". Rostov vilayətinin rəsmi saytı. 2013-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-28.