Rostov Dənizçilik Uçilişinin sinif binası

Rostov Dənizçilik Uçilişinin sinif binası - Rostov-na-Donu şəhərinin ərazisində, Sedov küçəsi, ev 8/2 ünvanında yerləşən bina. Bina 1896-cı ildə Rostov Dənizçilik Uçilişinin sinif binası kimi inşa edilmişdir. Binanın layihəsi Vladimir Kaproviç Şkitkoya məxsusdur. Rostov Dənizçilik Uçilişinin sinif binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir[1].

Rostov Dənizçilik Uçilişinin sinif binası
rus. Здание ростовских мореходных классов
47°13′09″ şm. e. 39°43′50″ ş. u.
Ölkə  Rusiya
Şəhər Rostov-na-Donu
Tikilmə tarixi 1896
Memar Vladimir Kaproviç Şkitko
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Don diyarı ərazisində, Rostov-na-Donu ərazisində 1876-cı ildə dənizçilik sinifləri təşkil olunmuşdur. İlk əvvəl siniflər icarəyə götürülmüş binalarda fəaliyyət göstərirdi. Müəsissə üçün bina 1896-cı ildə inşa edilmişdir. Bina Verxnebulvarn küçəsində[2] qərarlaşır. Layihənin rəhbəri Vladimir Kaproviç Şkitko olmuşdur. 1914-cü ildə binanın yaxınlığında Rostov Dənizçilik Uçilişinin əsas korpusu inşa edilmişdir.

1950-ci ildə binanın fasadında xatirə lövhəsi qoyulmuşdur. Bu lövhədə yazılır: «Bu binada 1895—1899 illərdə qütb araşdırmaçısı Q. Y. Sedov (1877—1914) təhsil almışdır». Rostov vilayəti rəhbərliyinin 411 nömrəli əmri ilə (9 oktyabr 1998) regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir.

Arxitektura[redaktə | mənbəni redaktə et]

İki mərtəbədən ibarət olan binanın əsas fasadı Sedov küçəsinə baxır. Binanın birinci mərtəbəinin pəncərələrinin kənarları qəsr daşları ilə bəzədilmişdir. İlk əvvəllər binanın mərkəzi hissəsinin damında qüllə mövcud olmuşdur. Sonradan isə bu hissə aradan qaldırılmışdır. Bina dəhliz sisteminə malikdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Rostov-na-Donu". Rostov vilayətinin rəsmi saytı. 2013-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-28.
  2. "Здание Ростовского морского колледжа". voopiik-don.ru. 2014-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-08.