Rot Basian

Rot Basian — Yuxarı Qarabağın mahallarından birinin adı.

Rot Basian ilk dəfə VII əsrə aid mənbədə mahal adı çəkilir. Bir fikrə görə Rot-Pasian və Aliye sonrakı Cavıanşir mahalıdır. İndiki Türkiyənin şərqində e.ə. II əsrdə məskunlaşmış bir qədim türk dilli tayfa Basnan (Pasian) adlanırdı. Bu barədə e.ə. V əsr müəllifi Ksenofont yazmışdır. (Ksenofont, Anabazis, IY, 18) Bu el sakların tərkibində gəlmişdir. Ona görə ki, Ksenefakt basanların skiflərlə (yəni saklarla) bir yerdə yaşadıqlarını yazmışdır. Bir fikrə görə bu indiki Kars, Sarıqamış, Kaqızman və Sürməli ərazilərinldə yaşayırdılar. Bu tayfanın adı ilə Araz çayının yuxarı axın yunan mənbələrində Fasis (Pasinan adının təhrifi) adlanırdı. Y əsr erməni tarixçilik Favst Buzand "Basian mahalı" ifadəsini işlətmişdir (Favst Buzand, III kitab, 9-cu fəsil) "Kitabi Dədə Qorqud" da bu yer Pasinuk adlanır.[1]

  1. B. Budaqov, Q. Qeybullayev Yuxarı Qarabağın Toponimləri Bakı-2005