Cavanşir mahalı — Qarabağ xanlığının 25 mahalından biri.
Cavanşir mahalının 1 kənd və 32 oymağında 696 (370 vergi ödəyən və 326 ödəməyən) ailə yaşayırdı. Hamısı müsəlman-azərbaycanlılardan ibarət idi. Mahal sakinlərinin başlıca məşğuliyyəti maldarlıq və taxılçılıq idi. Ən böyük oymaqlar 97 ailədən ibarət Qaravənd, 51 ailədən ibarət Köçərli idi. Mahalı minbaşı Şərifxan bəy idarə edirdi.[1]
Titul | Adı | Başlanığıcı | Sonu |
---|---|---|---|
Naib | İskəndər ağa Sarıcalı-Cavanşir | 1747 | 1761 |
Naib | Rzaqulu bəy Sarıcalı-Cavanşir | 1761 | 1777 |
Naib | Mirzəxan bəy Sarıcalı-Cavanşir | 1777 | 1794 |
Naib | Hacı Babıx bəy Sarıcalı-Cavanşir | 1794 | 1805 |
Naib | Şərəfxan bəy Sarıcalı-Cavanşir | 1805 | 1822 |