Roy Peter Link

Roy Peter Link və ya Roy Peter Marino (alm. Roy Peter Link‎; doğ. 9 iyun 1982[1]) - Almaniyalı kino aktyor.

Roy Peter Link
alm. Roy Peter Link
Doğum tarixi (42 yaş)
Doğum yeri Ahaus, Almaniya Almaniya
Vətəndaşlığı Almaniya Almaniya
Fəaliyyəti Aktyor
Fəaliyyət illəri 2000Bu günə kimi
IMDb ID1952556
fehrecke.com/de/detail/r…

Roy Ahaus şəhərində böyüyüb. Onun 18 yaşında Sven adlı qardaşı var. 20 yaşında o doğma Münsterlandı tərk edərək qazanc dalınca Köln şəhərinə gedir və bir müddət orada maneken, fotomodel və ofisiant olaraq çalışmağa başlayır. Məhz burada o özünün köhnə yaxın dostu Reza Homamla görüşür. Bir aktyor olaraq treninq və təhsil almayan Roy, tezliklə Bravo TV-də yayımlanan serialların birində özünün debüt "Yoxen" rolunda çəkilir. Bunun ardınca o "Marienhof" filmində Ron Ştayger və "Məktəbli qızlar" (alm. Schulmädchen‎) teleserialında Qabriel rollarını oynayır. O, həmçinin bir neçə qısametrajlı filmlərdə də çəkilir. 2005-ci ildə o "Bizim aşağımızda" (alm. Unter Uns‎) adlı serialda bir neçə ay ərzində Aleksandr Aşenberq rolunu oynayır. Lakin əsl məşhurluq ona 6 noyabr 2006-cı ildən - 12 iyun 2008-ci ilə kimi davam edən Qırmızı qızılgül serialında oynadığı Hans-Karl „Hakki“ fon Attendorn rolu gətirdi. Qırmızı qızılgül serialın çəkiliş meydançasında o aktrisa Nadin Arentslə tanış olur və 2008-ci ildən onunla sevgi əlaqələrini qoruyub saxlayır[2].

25 avqust 2008-ci ildən - 3 mart 2010-cu ilə qədər o Janett Bidermann ilə yanaşı Anna və sevgi teleserialında Yonas Broda rolunu oynamışdı. Həmin ilin payız ayından o Janett ilə yenidən birgə çəkilişlərdə iştirak etmək üçün həmin seriala geri qayıtmağı qərara alır. Hər ikisi serialın 250 yeni epizodunda çəkilmək üçün müqavilə imzalayaraq, üçüncü mövsümdə aparıcı rolları öz üzərinə götürürlər.

  1. "Sat1.de". 2009-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-12.
  2. actor-roy-peter-link-and-his-girlfriend-nadine-ahrens-news-photo

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]