Roza Camali (fars. رزا جمالی) - Əslən İran azərbaycanlılarından olan şair, tərcüməçi və dramaturq.[1]
Roza Camali | |
---|---|
Doğum tarixi | 24 fevral 1977 (47 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | İran İslam Respublikası |
Milliyyəti | Azərbaycanlı |
Təhsili | Tehran İncəsənət Universiteti |
İxtisası | Dramaturgiya |
Fəaliyyəti |
Şair Dramaturq Tərcüməçi |
Fəaliyyət illəri | 1997-ci ildən (hələ də davam edir) |
Əsərlərinin dili |
Farsca Azərbaycanca |
Janrlar |
Şer Poema Dram |
İlk əsəri | Bu ölmüş oğlan alma deyil, o ya xiyar, ya da armuddur |
Tanınmış əsərləri |
Şüşə saat dərin yuxudadır Magistral yollar bağlanıb |
Roza Camali 1977-ci ildə Təbriz şəhərində anadan olmuşdur.[2]
Roza Camali Tehran İncəsənət Universitetində dramaturgiya üzrə təhsil almışdır.
Onun ilk şerlər külliyatı "Bu ölmüş oğlan alma deyil, o ya xiyar, ya da armuddur" adlanır. Bu əsər 1997-ci ildə İran poeziyasında yeni bir üslubun əsasını qoyan əsər kimi çap edilmişdir.[3] Bu əsər İran poeziyasında yeni yaradıcı imkanlar yaratmışdır. Həmin ildə onun ikinci şerlər kitabı nəşr edilmişdir. "Üz düzəltmək" adlanan bu şerlər kitabı tənqidçilər tərəfindən müsbət rəy almışdır. Onun üçüncü şerlər kitabı "Cinayət hekayəsi üçün kofe düzəltmək" adlanır. O bu əsəri yazarkən Sadiq Hidayətin "Kor Bayquş" əsərindən təsirlənmişdir. Onun ən çox oxunan əsərləri "Şüşə saat dərin yuxudadır" və "Magistral yollar bağlanıb" adlanır. O bu əsərlərində müasir dövrdə baş verən hadisələri qədim İran mifologiyası ilə ustalıqla birləşdirə bilmişdir.
İran şer tənqidçisi Ute Marqaret Saine Roza Camalini İran şeriyatının yeni dövrünün banilərindən biri hesab edir. Britannika ensiklopediyası Roza Camalini İran poeziyasında yeni ifadə üslublarının banisi hesab edir.