Roza Kamal[1] qızı Eynula[2] və ya Eynullayeva[3] (doğ. 10 sentyabr 1987, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan əsilli Cənubi Koreya şahmatçısı. Qadınlar arasında FİDE ustası.[2]
Roza Eynula | |
---|---|
Ölkə |
SSRİ → Azərbaycan → ABŞ → Cənubi Koreya |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Titulu | qadınlar arasında FİDE ustası |
Son reytinqi | 2069 (dekabr 2019) |
Maksimal reytinqi | 2214 (oktyabr 2000) |
FİDE nömrəsi | 2019531 |
Roza Eynula 10 sentyabr 1987-ci ildə Bakı şəhərində anadan olub.[3] 14 yaşlı qızlar arasında Azərbaycan çempionudur. 1998-2000-ci illər aralığında qızlardan ibarət Azərbaycan yığmasının üzvü olub.[4] Sonralar ABŞ-yə köçüb və bu ölkəni təmsil etməyə başlayıb.[5] 16 yaşında olarkən 21 yaşlı qızlar arasında ABŞ çempionu olub.[4]
Hazırda Cənubi Koreyada yaşayır və bu ölkəni təmsil edir. 2018-ci ildə Gürcüstanın Batumi şəhərində keçirilmiş 43-cü Ümumdünya Şahmat Olimpiadasında qadınlardan ibarət Cənubi Koreya yığmasının heyətində ikinci lövhədə çıxış edib.[6]