Rozi Alfaro

Mariya del Rosio "Rozi" Alfaro (ing. Maria del Rosio "Rosie" Alfaro; d. ABŞ, Kaliforniya, Anahaym, 12 oktyabr 1971-ci il) — Kaliforniya ştatının Anahaym şəhərində 1990-cı ildə 9 yaşlı Otem Vollesin öldürülməsində günahkar hesab edilən amerikalı qadın. O, hal-hazırda ölüm cərgəsindədir.

Rozi Alfaro
ing. Maria del Rosio "Rosie" Alfaro
Doğum tarixi (53 yaş)
Doğum yeri ABŞ, Kaliforniya, Anahaym
Vətəndaşlığı ABŞ ABŞ
Qətllər
Qurbanların sayı 1
Qətllərin yeri Anahaym
Silah bıçaq
Cəzası ölüm hökmü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rozi Alfaro Kaliforniya ştatının Anahaym şəhərində böyüyüb. O, 13 yaşında narkoman, 14 yaşında fahişə, 15 yaşında tək ana, 18 yaşında 4 uşaq anası və həmçinin, 18 yaşında qatıl oldu. O, Kaliforniyanın Orinc qraflığında 20 yaşında ölüm cəzasını almış ilk qadın kimi məşhurdur.[1] [2]

Otem Vollesin qətli

[redaktə | mənbəni redaktə et]

15 iyun 1990-cı ildə Kaliforniya ştatının Anahaym şəhərində yaşayan 9 yaşlı Otem Volles evdə anasının və böyük bacısının işdən evə qayıtmasını gözləyirdi. Alfaro Volles Otemin ailəsini çox yaxşı tanıyırdı və böyük qızlarından biri ilə dost idi. O, onların evdə olmadığını bilib satmaq üçün evdən əşyalar oğurlaya biləcəyini düşündü.

Otem vanna otağından istifadə etmək istəyən bacısının dostu Alfaro üçün qapını açdı. O, evin arxasənda yerləşən qonaq otağına getmədən əvvəl mətbəxdən bir bıçaq götürdü. Sonra o, Otemi aldadıb vanna otağına apardı və 57 bıçaq zərbəsi vurdu. Alfaro daha sonra narkotik maddə əldə etmək üçün bir şey oğurlamaq məqsədilə evi axtardı. Oğurlanan əmlak daha sonra 300 dollardan ucuz satıldı.

Alfaro istintaqda Otemi bıçaqlayanda yüksək dozada heroin və kokain (qətlin 36 ilə 48 saatı içərisində həbs olunmadığı və narkotik testi edilmədiyi üçün heç vaxt sübut edilmədi)istifadə etdiyini ifadə edərək cinayəti boynuna aldı. Daha sonra o, hekayəsini dəyişdi və naməlum bir adamın onu balaca qızı bıçaqlamağa məcbur etdiyini iddia etdi. Hələ bir müddət sonra Alfaro polisə iki kişinin onu Vollesin evinə apardığını və adamlardan birinin evə daxil olub onu Otemi öldürməyə məcbur etdiyini bildirdi. O, adamı müəyyənləşdirməkdən imtina etdi. Cinayət yerindən alınan dəlillər yalnız həmin gün Volles ailə üzvlərinin və Alfaronun(qana bulaşmış ayaqqabı və barmaq izlərinə əsasən) evdə olduğunu göstərdi.[3] [4] [5]

Məhkəmənin hökmü

[redaktə | mənbəni redaktə et]

Alfaro qaz kamerasında ölmünə fərman verilən ilk qadın idi və Kaliforniyada hökm çıxarılan zaman ölüm cərgəsində olan üçüncü qadın idi.[6]

2007-ci ilin avqustunda Kaliforniya Ali Məhkəməsi Alfaronun ölüm hökmünün qüvvədə saxlanılması üçün yekdilliklə səs verdi.[7]

  1. "The Crimes of Maria del Rosio Alfaro" (ingilis). thoughtco.com. 14 oktyabr 2017 tarixində arxivləşdirilib.
  2. "Death penalty reinstated for California woman who stabbed 9-year-old to death" (ingilis). mercurynews.com. 16 iyul 2017 tarixində arxivləşdirilib.
  3. "Mom continues fight for justice" (ingilis). ocregister.com. 18 iyul 2017 tarixində arxivləşdirilib.
  4. "O.C. Jury Recommends Death for Child's Killer : Courts: Maria del Rosio Alfaro of Anaheim could become the county's first woman on Death Row" (ingilis). latimes.com. 23 sentyabr 2019 tarixində arxivləşdirilib.
  5. "Alfaro 1st O.C. Woman to Get Death Sentence : Courts: Judge, who upheld jury's recommendation, called Autumn Wallace's murder the most 'senseless, brutal, vicious and callous' killing he has ever known" (ingilis). latimes.com. 23 sentyabr 2019 tarixində arxivləşdirilib.
  6. "Her Future Grim, Alfaro Looks Back : Interview: Facing a death sentence for the murder of a 9-year-old girl, the O.C. woman denies guilt, blames drugs and copes with memories" (ingilis). latimes.com. 23 sentyabr 2019 tarixində arxivləşdirilib.
  7. "Death penalty affirmed for Alfaro" (ingilis). ocregister.com. 23 sentyabr 2019 tarixində arxivləşdirilib.