Rubenilər

Rubenilər (ing. Ռուբինեաններ) — Kilikiyaya hakim olan və Kilikiya çarlığını quran erməni sülaləsi. Sülalənin adı onun qurucusu, erməni çarı I Rubendən götürülür. Rubenilər 1080-ci ildən XIII əsrin ortalarına qədər Kilikiyanın çarları və sonradan kralları idilər. Onlardan sonradan Hetumilər tərəfindən əvəz edilmişdir.

Rubenilər
Titul
Əcdadı I Ruben
Dövr orta əsrlər
Təbəəliyi Kilikiya çarlığı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kilikiya çarlığı Avropa ölkələri ilə çox yaxın əlaqələr qurmuş və Səlib yürüşləri dövründə əhəmiyyətli bir rol oynamışdır. Xristian ordularına Yerusəlim şəhərinə doğru gedən yollarda sığınacaq olmuş və onlara təminat vermişdilər. Avropalı səlibçi ailələri ilə qarşılıqlı evlilik Rubenilər üçün adi bir hal idi və Avropanın dini, siyasi və mədəni təsiri güclü idi.

  • Baumstark, Anton. On the Historical Development of the Liturgy. Collegeville, MN: Liturgical Press. 2011. ISBN 9780814660966.
  • Boase, T. S. R. The Cilician Kingdom of Armenia. Edinburgh: Scottish Academic Press. 1978. ISBN 0-7073-0145-9.
  • Edwards, Robert W. The Fortifications of Armenian Cilicia: Dumbarton Oaks Studies XXIII. Washington, D.C.: Dumbarton Oaks, Trustees for Harvard University. 1987. ISBN 0-88402-163-7.