Qafqaz böyürtkəni (lat. Rubus caucasicus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.
Qafqaz böyürtkəni | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Qafqaz böyürtkəni |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Rusiya (Dağıstan) və Türkiyədə təbii yayılma sahələri vardır.
Quba (Qonaqkənd), Qusar, Zaqatala, Balakən rayonlarında dərə və meşə kənarlarında yayılmışdır.
Azərbaycanın nadir bitki növüdür. LC.
Aşağı və orta dağ qurşağında meşəliklərdə yayılmışdır.
Azərbaycanda arealı geniş deyildir.
Təbiətdə 2 m-ə qədər hündürlüyü olan koldur. Birillik budaqları silindirvari, yerə əyilmiş, üzəri müxtəlif tikanlı, sarımtıl vəzilidir. Yarpaqları üçər və beş yarpaqcıqdan ibarətdir. Yarpaqcıqlar üçtdən yaşıl, altdan keçətüklü, ucdan tərs yumurtavarı, qidəsi ürəkvarı, ucu şiş, uzun, yanındakılar qısa saplaqlı, enli, tərs yumurtavarıdır. Çiçək qrupu uzunsov, çoxçiçəkli salxımdır. Kasayarpağı sivri uclu, meyvə vaxtı içəriyə yapışmışdır. Ləçəkləri iri və ağdır. Meyvəsi qara, enli, yumurtavari, 2-2,5 sm diametrindədir. Kasayarpaqları meyvələrində yapışıq, bəzən aşağıya əyilmişdir. Ləçəkləri iri, kənara əyilmişdir. Erkəkcikləri sütuncuqların uzunluğuna çatır. Yumurtalığı tükcüklüdür. Mayda çiçəkləyir, iyulda isə meyvə verir.
Təbiətdə generativ və vegetativ yolla çoxalır.
Başlıca olaraq insan fəaliyyətidir.
Mədəni halda Nəbatat bağlarında becərilir.
Qəbul edilmiş qoruma tədbiri yoxdur.
Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilməsi zəruridir.