Rubus georgicus

Gürcü böyürtkəni (lat. Rubus georgicus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.

Gürcü böyürtkəni
Elmi təsnifat
Beynəlxalq elmi adı

Ümumi yayılması

[redaktə | mənbəni redaktə et]

Qafqazda (Gürcüstan) təbii halda yayılmışdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Altıağac ətrafında şərq tərəfdə meşə kənarında, kolluqlarda təbii halda rast gəlinir.

Azərbaycanın nadir bitki növüdür. VU D2.

Aşağı və orta dağ qurşağında meşə və yol kənarında, nəmli yerlərdə yayılmışdır.

Təbii ehtiyatı

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda arealı geniş deyildir.

Bioloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

İllik budaqları tilli, keçətüklü, üzərində qeyri-bərabər, qaidədən basıq və oraqvaı əyilmiş tikanlıdır. Yarpqları barmaqvarı 5 yarpaqcıqlıdır. Yarpaqcıqlar tikanlı saplaqlı, üzəri tüksüz, altdan nazik ağ, keçətüklü, axırıncı bir qədər rombşəkilli, uzunsaplaqlı, ucu sivridir. İyun-iyul aylarında çiçək açır. Çiçək saplağı tikanlıdır. Çiçək açan zaman aşağı qatlanır. Meyvəsi yaxşı inkişaf edir. May ayında çiçək açır, iyun-iyul aylarında meyvəsi yetişir.

Təbiətdə generativ və vegetativ yolla çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri

[redaktə | mənbəni redaktə et]

Başlıca olaraq insan fəaliyyətidir.

Mədəni halda Nəbatat bağlarında becərilir.

Qəbul edilmiş qoruma tədbirləri

[redaktə | mənbəni redaktə et]

Qəbul edilmiş qoruma tədbiri yoxdur.

Zəruri qoruma tədbirləri

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilməsi zəruridir.

  1. The Plant List (ing.). 2010.