Rudi Van Dantsiq (4 avqust 1933[1][2][…], Amsterdam – 19 yanvar 2012[2][3], Amsterdam) — Niderland balet artisti, xoreoqraf.
Rudi Van Dantsiq | |
---|---|
nid. Rudi van Dantzig | |
Doğum tarixi | 4 avqust 1933[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 19 yanvar 2012[2][3] (78 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | süd vəzi xərçəngi, limfoma |
Vətəndaşlığı | |
Fəaliyyəti | yazıçı, xoreoqraf, ssenarist, baletmeyster, balet artisti, rəqqas |
Vikianbarda əlaqəli mediafayllar |
Rəqs dərslərini S. Qaskelldən almışdır. 1952–59-cu illərdə onun "Balleri saytl" truppasında (1954-cü ildən Niderland baleti, Amsterdam) işləmişdir. 1959-cu ildə Niderland rəqs teatrının (Haaqa) yaradılmasında iştirak etmişdir. 1960-cı ildə Qaskellin truppasına qayıtmışdır; 1961-ci il də truppa Niderland Milli Baleti adını almışdır (1967–94-cü illərdə Dantsiq teatrın bədii rəhbəri, 1971–91-ci illərdə direktoru olmuşdur). "Balle Ramber" və Kral baletində (Böyük Britaniya); "Xarkness balle" və "Amerikan Balle Tietr"də (ABŞ), Paris operasında, Danimarka Kral Baletində, "Bat-Dor" (İsrail) və s. truppalardada tamaşalar hazırlamışdır.
Xoreoqraf öz tamaşalarında klassik leksika ilə modern rəqsi, o cümlədən M. Qrehemin texnikasından istifadə etməklə birləşdirmişdir Tamaşaları: B. Bartokun musiqisi əsasın da "Ailə dairəsi" (1958), "Ölmüş gəncə heykəl" (1965, xoreoqrafa dünya şöhrəti gətirmişdir), Y. Burmanın musiqisi əsasında "Zamanın buxovları" (1970, xüsusi olaraq R. X. Nuriyev üçün) "Son dörd nəğmə" (R. Ştrausun musiqisinə, 1977), S. Barberin musiqisinə "Payız dumanı" (1984). H. Berliozun musiqisinə "Vətəndaşlar, silahsız" (1987), G. Kançelinin musiqisi əsasında "Mələklər göyləri amansızlıqla qırmızı edirlər" (1990) və s. Dantsiqin "İtkin düşmüş əsgərin xatirəsinə" (1991) kitabı 1992-ci ildə ekranlaşdırılmışdır.[4]