Ruhi Əliyeva

Ruhi Əliyeva[1] [2][3][4](tam adı: Ruhiyyə Nəsrəddin qızı Əliyeva; 8 mart 1977, Tovuz) — Azərbaycanlı iş xanımı, TV aparıcı, prodüser.

Ruhi Əliyeva
azərb. Ruhiyyə Nəsrəddin qızı Əliyeva
Doğum tarixi 8 mart 1977(1977-03-08) (46 yaş)
Doğum yeri
Vətəndaşlığı
Atası Nəsrəddin
Milliyyəti Azərbaycanlı
Təhsili
Fəaliyyəti Prodüser
TV aparıcı
Mükafatları "Qrand",
"Uğur Zirvəsi"

Həyatı[redaktə | mənbəni redaktə et]

Ruhiyyə (Ruhi) Əliyeva[5][6][7] 1977-ci ilin 8 mart tarixində Azərbaycanın Tovuz şəhərində yerləşən Aşağıeyyublu kəndində dünyaya göz açıb. Ziyalı ailəsində doğulan Ruhi, 1983-cü ildə Tovuz şəhəri, adıçəkilən kənddə yerləşən 2 saylı tam orta məktəbə daxil olub. Orta məktəbi bitirib.

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Ailəlidir. İki övladı var.

Karyerası[redaktə | mənbəni redaktə et]

Ruhi[8][9][10] peşəkar səhnəyə 2007-ci ildə gəlib. Elə həmin ildə onun ilk mahnı və klipi işıq üzü görüb. 2009-ci ildə R.Əliyeva ilk və yeganə albomunu oxucu kütləsinə təqdim edir. Ramiz Rövşənin müəllifi olduğu “Mən sənsiz ölmədim” şeiri öncə mahnıya, ardınca klipə və sonra 12 musiqi parçasından ibarət diskə çevrilir. Ruhi Əliyevanın bu gün də sevərək dinlədiyimiz “Sevdim”, “Mən ölərəm”, “İki damla”, “Güllərim soldu” və bir neçə maraqlı ifaları var. Hazırda onun 10-a yaxın klipi mövcuddur. Ruhi[11][12] həm də “Dəb İkonası” təxəllüsü ilə tanınır. Belə ki, o, 2008-ci ildə dünyaca məşhur “Best Model of the World” yarışmasının Azərbaycan üzrə təsisçisi olub. Layihənin qalibini şəxsən özü mükafatlandırıb. Dəb aləm ilə geniş maraqlanan R.Əliyeva bir neçə televiziya layihəsini də həyata keçirib. O, ATV kanalında yayımlanan “Özünə bax” və “DəbSiz” verilişlərinin aparıcısı və müəllifi olub. Ruhi Əliyeva “Qrand”, “Uğur Zirvəsi” kimi saysız-hesabsız mükafatların sahibidir.[13]

TV Karyerası[redaktə | mənbəni redaktə et]

  • Özünə Bax
  • DəbSiz
  • Best Model

Mükafatlar[redaktə | mənbəni redaktə et]

  • "Dəb İkonası"
  • "Qrand"
  • "Uğur Zirvəsi"

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Ruhi Əliyeva: "Mən o qədər də varlı deyiləm"". 2017-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-20.
  2. - Ruhiyə “Best model of the world” yarışmasını Azərbaycanda təşkil etmək təklif olunub
  3. - Ruhi Əliyeva “Dəb ikonası” seçildi"
  4. - Şəhid və qazi övladları ilə bağlı xeyriyyə aksiyası davam edir
  5. "- İş qadını Ruhi Əliyeva yeni holdinq yaradıb". 2019-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-06.
  6. "- Ağır Romantik gəlir". 2019-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-06.
  7. "- Ruhi Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Video". 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-06.
  8. "- "Sevgi, qayğı və mərhəmət bütün əngəlləri aşa bilir" - Ruhi Əliyeva". 2022-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-06.
  9. - "Qürur duyuram ki, oğullarımın sizin kimi cəsur dayıları, əmiləri var" -Ruhi Əliyeva QAZİLƏRLƏ BİR ARADA
  10. - "Səlahiyyətim olsa, təhsilsiz bir qız da saxlamaram" - RƏSMİLƏR QADINA ŞİDDƏTƏ YOX DEDİLƏR - FOTOLAR - VİDEO
  11. - Bu dəfə şəhid övladlarını ziyarət etdi - Video
  12. - Ruhi Əliyeva Ramazan bayramını şəhid ailələri və qazilərlə keçirdi - VİDEO
  13. - Ruhi Əliyeva “Vətənpərvərlik işində xidmətlərinə görə” təltif olundu - VİDEO - FOTOLAR

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]