Ruhi Ərsoy (2 dekabr 1972, Osmaniyə) — türk siyasətçisi, akademik, Milliyətçi Hərəkat Partiyasının (MHP) üzvü.
Ruhi Ərsoy | |
---|---|
türk. Ruhi Ersoy | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 dekabr 1972 (51 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili |
Ruhi Ərsoy 1972-ci il 2 dekabrda Osmaniyədə anadan olub.[1] 1995-ci ildə Ərciyəs Universitetində Dil və ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyat ixtisası məzunu olmuşdur;[1]
1995-ci ildən Kayseridə Behice Yazqan Qız Liseyində Türk dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərmişdir;
2001-ci ildə Qaziantep Universitetində Dil və ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyat müəllim vəzifəsində çalışmışdır;
2003-cü ildə Hacettepe Universiteti İctimai Elmlər İnstitutunda doktorluq dissertasiyasını müdafiə etmişdir;[2]
2015-ci il 21 mart tarixində Ruhi Ərsoy Milliyyətçi Hərəkət Partiyası 11 Böyük Qurultayında Mərkəzi İcra Şurasının üzvü seçilmişdir;
2015-ci ilin iyun ayında Türkiyədə parlament seçkilərində MHP Osmaniye millət vəkili seçilmişdir;
2015-ci ildə Ailə, Qadın və Əlillər Komitəsinin sədr müavini təyin olunmuşdur;[3]
2018-ci il mart ayında Millət vəkili olan Ruhi Ərsoy MHP başçısı Dövlət Baxçalı tərəfindən Türkiyə Böyük Millət Məclisi MHP Qrupunun idarə heyəti üzvlüyünə təyin edilir;[4]