Ruhnu[1] (est. Ruhnu, isv. Runö, latış. Roņu, rus. Руно[2]) — elədə böyük olmayan ada Baltik dənizinə aid olan Riqa körfəzində yerləşir. İnzibati cəhətdən Estoniyanın Saaremaa qəzasının Ruhnu rayonu ərazisinə daxildir.
Ruhnu adası | |
---|---|
est. Ruhnu | |
Ümumi məlumatlar | |
Sahəsi | 11,9 km² |
Hündür nöqtəsi | 28 m |
Əhalisi | 56 nəfər (2013-cü il) |
Yerləşməsi | |
57°48′00″ şm. e. 23°15′00″ ş. u.HGYO | |
Ölkə | Estoniya |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ada öz növbəsində sualtından suxurların səthə çıxması nəticəsində əmələ gəlmişdir. Vaxtı ilə Riqa körfəzinin dibi olmuşdur. Adanın sahəsi 11,9 km², uzunluğu 5,5 km, eni 3,5 km təşkil edir.
Adaya ən yaxın quru parçası Kolka burnudur.
Adanın ən hündür nöqtəsi Haubiarre təpəsidir. Onun hündürlüyü 28 metrdir.
Adanın ucqar nöqtələri:
Meşələr əsasən adanın 60 % təşkil edir. Şərq hissəsi isə öz növbəsində qum dyunləri ilə örtülüdür. Qərbi isə əsasən düzən ərazilərdən təşkil olunmuşdur. Bu ərazi xüsusi ilə kənd təsərrüfatı təyinatlı olması ilə seçilir.
Adada maral, tülkü, boz sıçan, ev siçanı və qurbağa yaşayır. Kirpi və zəhərli ilanlara rast gəlinmir.
Sahillərində ləkəli və boz suitilər görünür. Suları balıqlar ilə zəngindir.
Ada haqqında ilk məlumat 1341-ci ilə aiddir. Yepiskop Yoxanes öz əmrində isveçlilərə adada yaşamaq hüququnun verilməsi və İsveç təbələri olması təstiqlənirdi.
Arxeoloji qazıntılar göstərir ki, ada artıq b.e ə. V—VII minilliklərdə insanlar tərəfindən məskunlaşılmışdır.
22 noyabr 1643 ildə adada Müqəddəs Maqdalena kilsəsinin tikintisinə başlanılır. Bu da məlumdur ki, kilsə bütün Estoniya ərazisində hal-hazırda belə qalmış taxtadan hazırlanmış ən qədim kilsədir.
XI—XIX əsrlərdə ada əsasən baltik isveçliləri tərəfindən məskunlaşılmışdır. 1944-cü ilin avqustunda adanı tərk etmişlər. Yalnız iki ailə adada qalır. Adaya sonradan Saaremaa və Kihnu adasından insanlar köçmüşlər. Sonradan isə adanın əhalisi demək olar ki, tamamən dəyişmişdir.
Qədim məlumatlara görə adada 1842-ci il özünüün ən çoxsaylı əhalisinə malik olmuşdur. Bu zaman adada 389 insan yaşamışdır.
2013-ci ilə olan məlumata görə adada 67 nəfər yaşayır.[3]